Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elbası Nazarbayev sükan arxasına keçdi

“Türkmən və ya tacik liderləri kimi hökmdar tipində görünmək ona çox da qolay deyil”

Viktoriya Panfilova

Nezavisimaya gazeta, 04.04.2019

Nursultan Nazarbayev “birinci prezidentin – Elbasının (millət liderinin) vəzifələrini icra etməyə” başlayıb. O bu haqda məxsusi onun üçün yaradılmış dəftərxananın fəaliyyət məsələləri üzrə müşavirədə bildirib. Onun sözlərinə görə, hamı – onun özü, prezident və hökumət – “mənim təsdiqlədiyim proqram sənədlərdə göstərilən, İsmarıcda, habelə “Nur-Otan” partiyasının qurultayında səsləndirilmiş” vəzifələr üzərində işləməlidir. Qazaxıstanın ikinci prezidenti Qasım-Jomart Tokayev bu vaxt Rusiyada səfərdə idi. Ekspertlər hesab edirlər ki, yeni hakimiyyət sistemini möhkəmlik sınağından keçmək gözləyir.

Nursultan Nazarbayev səlahiyyətləri vaxtından qabaq yerə qoyandan sonra taym-aut götürüb. O, kiçik vətənində olub, sinifdaşlarıyla görüşüb, sıravi sakinlərlə görüşlər keçirib. Nur-Sultana qayıdan kimi birinci prezidentin məxsusi yaradılmış dəftərxanasında əməkdaşlarla müşavirə keçirib. Nursultan Nazarbayevin yeni iqamətgahı Akordadan Nazarbayev Mərkəzinə köçüb. Qazaxıstanın birinci prezidentinin dəftərxanasının yaradılmasına respublika büdcəsindən, təxminən, 1 milyard tenge (2,5 milyon dollara yaxın) ayrılıb. Bu haqda jurnalistlərə Qazaxıstanın maliyyə nazirinin birinci müavini Tatyana Savelyova məlumat verərək 2019-cu il büdcəsində xərclərin artdığından danışıb. Qazaxıstan politoloqu, Risklərin Dəyərləndirilməsi Qrupunun direktoru Dosım Satpayev “NG”-yə deyib: “Elbasının ayrıca aparatının qurulması Nursultan Nazarbayevin statusunu bir daha vurğulayır. Amma qabaqkı kimi bütün prezident aparatı ona işləyir”.

Onun sözlərinə görə, birinci prezidentin könüllü istefası anından bəri aydın idi ki, ölkədə lider dəyişilmir. Ekspert qeyd edib: “Nazarbayev öz əlində geniş səlahiyyətlər, müxtəlif status və inhisar hüquqları cəmləyib, özəlliklə o, millət liderindən savayı Təhlükəsizlik Şurası, Qazaxıstan xalqları Assambleyası və “Nur-Otan” partiyasının sədridir. O, daxili və xarici siyasətdə özünün baş kurator rolunu konkret göstərib. Bu funksiyaları kimsəyə verməyə hazırlaşmır. Qasım-Jomart Tokayev – təyin edilmiş prezident – hələlik təmsilçilik funksiyalarını icra edir və ona münasibət – vəzifəni icra edənə münasibət kimidir”.

Onun fikrincə, yaradılmış sistem ötəri xarakter daşıyır və Nazarbayevin gerçək gedişinə qədər qalacaq. Ölkədə ikihakimiyyətlilikdən danışmağa nə səbəb, nə də əsas var. Dosım Satpayev əmindir: “Nazarbayev hələlik iş qabiliyyətlidir, Qazaxıstanda hakimiyyətin, qərarların, o cümlədən kadr qərarlarının qəbul edilməsi mərkəzi məhz o olacaq. Yeni siyasi sistem istisnasız olaraq Nazarbayev üçün qurulub. Hələlik ikinci prezident Qasım-Jomart Tokayevin müstəqilliyindən danışmaq lazım gəlmir. Məsələn, Tokayevin prezident administrasiyasında apardığı təyinatlar birmənalı şəkildə Nazarbayevlə razılaşdırılıb və təqdir olunub. Hətta bu kadr kombinasiyalarını Elbasının özü təklif edib”.

Onun sözlərinə görə, Tokayevin fəaliyyət azadlığı və Elbasıya meydan oxuya biləcək güclü dəstək qrupu yoxdur.

Satpayev hesab edir: “Tokayev müstəqil, özəlcə də Nazarbayevin xəttinə qarşı ola biləcək bir oyun aparmayacaq”.

İndiki düzülüş bir sıra səbəblərə görə Nazarbayev üçün əlverişlidir. Özəlliklə də Qazaxıstan iqtisadiyyatının islahatlara ehtiyacı var. Özü də aydındır ki, islahatların ilk mərhələsi əhali üçün yetərincə ağrılı olacaq. Sosial narazılıq indiki durumda Elbasıya deyil, icra hakimiyyətinə qarşı yönələcək. Bundan başqa, Nazarbayev öz qərarıyla elitalaırn ciddi rəqabətini işə salaraq bununla yanaşı “pənəcləşmənin üstündə” qalıb, amma eyni zamanda bu rəqabət mübarizəsinin nəticələriniə düzəliş etmək imkanı var.

Sovetsonrası ölkələr üzrə ekspert Arkadi Dubnov hesab edir ki, Qazaxıstanda formalaşmış yeni hakimiyyət sisteminə tərif vermək tezdir. Arkadi Dubnov “NG”-yə deyir: “Bu, sovetsonrası məkanda son dərəcə məsul və önəmli hakimiyyət tranziti örnəyi birmənalıdır, amma təkcə orada deyil. O öz örnəyi ilə Çin (Den Syaopin) və ya Sinqapur (Li Kuan Yu) variantlarına gedib çıxır. Qazaxıstan variantı Rusiyada Dmitri Medvedyevin prezidentliyi dönəmində gerçək olan ikihakimiyyətlilik rejimi törətmir: hamı başa düşürdü ki, üstünlük təşkil edən mərkəz haradadır – təbii, Vladimir Putinin işlədiyi Ağ Evdə. Qazaxıstanda bu yoxdur. Nazarbayev həqiqi icra hakimiyyətinə qayıtmayacaq. Məsələ təkcə bundadır ki, o özünü nə qədər nəzarətçi kimi görür”.

Onun fikrincə, indi Nazarbayevə əmin olmaq önəmlidir ki, hakimiyyəti Konstitusiya üzrə ötürməyə imkan verərək və Qazaxıstanı yetərincə gözdən salacaq birbaşa ailə tranzitinə yol verməməklə düzgün seçim edib.

Dubnov qeyd edir: “İstisna deyil ki, bunu sonralar edəcək. Amma eyni şəkildə bu da istisna deyil ki, mədəni, çağdaş, modernləşdirilmiş dövlət kimi Qazaxıstanın özünün yaratdığı Qərb dəyərlərini qəbul etməyə meyllənən obrazından çıxış edərək bu ssenaridən əl çəkəcək. Nazarbayev üçün Türkmənistan və ya Taciksitan liderləri tipində hökmdar kimi görünmək çox da qolay deyil. O özünü savadlı avtokart kimi görür”.

Onun fikrincə, ikihakimiyyətlilik Qazaxıstanı elita mühitindəki hərc-mərcliklə təhdid edir və elitada sabahkı günə o qədər inamsızlıq doğurar ki, dövlət idarəçiliyində çox tezliklə aşınma başlanar.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar