Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspertdən Təhsil Nazirliyinə: “İlk növbədə məktəbləri idarə edən qohumlarınızı uzaqlaşdırın... ”

Ekspert: “Təsəvvür edin ki, Təhsil Nazirliyi məktəblərdə pəncərələrin bağlanması haqqında qeyri rəsmi göstəriş verib. Bu sadəcə olaraq dəhşətdir”

“Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlirlər”.

Bu sözləri 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı yaranmış vəziyyəti PİA.az-a şərh edərkən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.

Xatırladaq ki, aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etçəsi ölkənin əsas müzakirə obyektinə çevrilib.

Bu gün yayılan məlumatda bildirilir ki, Elina Hacıyevanın intihar etməsi ilə bağlı məsələ prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bununla bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın.

Məsələ daha əvvəl Təhsil Nazirliyi tərəfindən araşdırılıb və bu araşdırmalar nəticəsində Nazirliyin verdiyi qərarala 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılb. Həmçinin yayılan xəbərlərdə bildirilir ki, Nazirlik heç bir ağıla və məntiqə sığmayan qərar da verib. Belə ki, Nazirlikdən Bakı məkətəblərinə verilən təlimatda qeyri-rəsmi formada tapşırıq verilib ki, məktəblərdə yuxarı mərtəbələrdə pəncərələri ləğv etsinlər.

PİA.az-ın əməkdaşı Bakının 162 saylı orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı yaranmış vəziyyəti təhsil eksperti Kamran Əsədovdan şərh etməyi xahiş edib.

Kamran Əsədov: “Təhsil Nazirliyi məktəblərdə pəncərələrin bağlanması haqqında gösrətiş verməklə əslində məktəb daxilində, şagirdlər arasında vəziyyətin yaxşı olmadığını açıq şəkildə təstiq edir”.

H.Əliyevin “Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsini xatırdan Kamran Əsdov hesab edir ki, indi məktəblərin çoxu bu meyardan, hədəfdən çox uzaqlaşıb. Ekspert Təhsil Nazirliyinin məktəblərdə pəncərələrin bağlanması haqqında qeyri rəsmi göstəriş verməsini dəhşətli fakt adlandırıb:

“Müasir düşüncə çağdaş texnoloji və psixoloji inkişafla uzlaşaraq modern yaşam və nümunəvi fəaliyyət göstərməni zərurətə çevirib. Zamanımız sözün əsl mənasında ictimai həyatın bütün sahələrində idarə edilməyən prosesləri dərindən təhlil etmək, həmin vəziyyətlərin konturlarını əldə saxlamaq və idarəolunan şəklə salmaq üçün yeni qlobal yanaşmanı tələb edir. Bu mənada məktəbin rolu, üzərinə düşən administrativ və mənəvi yük, vəzifələr yeni çalar və mahiyyət kəsb etməkdədir. Sözün əsl mənasında dünya artıq sürət və hüdudsuz informasiya mübadiləsi mərhələsinə qədəm qoyub. İnternet resurslarının inkişafı, sosial şəbəkələrin sayının və keyfiyyət əmsalının dayanmadan yüksəlməsi cəmiyyət həyatına əvvəlki dövrlərə bənzəməyən yeni rənglər qatmaqdadır ki, bu da hiss olunan psixoloji dəyişiklikləri ortaya çıxarır.

Zaman artıq yeni təfəkkürü, yeni təhsilidarəetmə, şagirdə və məktəbə modern münasibəti istəyir. Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində yürütdüyü məqsədyönlü siyasət ölkəmizdə modern düşüncəyə, yeni dünyəvi təfəkkürə, eyni zamanda milli-mənəvi dəyərlərə, şüura əsaslanan təhsil strategiyasını həyata keçirmək, insan kapitalını inkişaf etdirmək, intellekt resurslarını artırmaq üçün kifayət qədər geniş imkanlar verir.

Kamran Əsədov: “Təəssüflər olsun ki, hal hazırda ölkədə fəaliyyət göstərən məktəblərin heç də hamısı müasir çağırışlara cavab vermir”.

Aydındır ki, məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir. Eyni zamanda bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır.

Təəssüflər olsun ki, hal hazırda ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin heçdə hamısı müasir çağırışlara cavab vermir. Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlirlər.

Məktəb sabahın vətəndaş emalçısıdır və bu fikrin düsturunu ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, mükəmməl insani və idarəetmə keyfiyyətləri ilə yaratmış, Azərbaycan vətəndaşında müasir düşüncənin, təfəkkürün önündə getmək missiyasını üzərinə götürmək prinsiplərini aşılamışdır. “Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsi müasir məktəbin ideoloji və fəaliyyət istiqamətini müəyyənləşdirir.

Amma indi məktəblərin çoxu bu meyardan, hədəfdən çox uzaqlaşıb. Təsəvvür edin ki, Təhsil Nazirliyi məktəblərdə pəncərələrin bağlanması haqqında qeyri rəsmi göstəriş verib. Bu sadəcə olaraq dəhşətdir. Bu düşüncənin, bu fikrin sahibi təhsil sistemində ola bilməz. Təhsil Nazirliyi məktəblərdə pəncərələrin bağlanması haqqında gösrətiş verməklə əslində məktəb daxilində, şagirdlər arasında vəziyyətin yaxşı olmadığını açıq şəkildə təstiq edir. Təhsil Nazirliyi məktəblərdə pəncərələrin bağlanması haqqında götəriş verməklə əslində təhili idarə edə bilmədiyini, sağlam təhsil mühitini qura bilmədiyini təstiq edir. Bəs sabah yanğın, zəlzələ olsa, hansısa fövqəladə hadisə baş versə o zaman içəridəkilər necə evakuasiya olunacaq? Bəs dərs zamanı içərinin havası necə dəyişəcək?

Kamran Əsədov: “İlk növbədə Təıhsil Nazirliyi məktəblərə rəhbər gətirdiyi qohum əqrəbalarını, dost tanışlarını məktəblərdən uzaqlaşdırmalıdır”.

Təhsilə belə cılız yanaşmaq olmaz. Təhsil millətin gələcəyidir. Gələcəyimizlə belə davranmaq olmaz. Pəncərə bağlamaqla problem həll etmək olmaz. Təhsilin keyfiyyətini qaldırmaq lazımdır, məktəb daxilində sağlam mühit formalaşdırmaq lazımdır. Bunun üçün ilk növbədə Təıhsil Nazirliyi məktəblərə rəhbər gətirdiyi qohum əqrəbalarını, dost tanışlarını məktəblərdən uzaqlaşdırmalıdır. Ondan sonra isə məktəblərdə şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək üçün imkanlar yaratmaq lazımdır.

Hesab edirəm ki, qısa müddətdə məktəb – şagird – valideiyn üçbucağı yenidnə sağlam formada işə düşməlidir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar