Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert sosial şəbəkələrin çökməsi barədə: “Məsələ o qədər ciddidir ki...”

Dünən sosial şəbəkələrdə yaranan problem təkcə Azərbaycanda yox, bütün dünyada təsirli olub

PİA.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz “Yeni Sabah”a açıqlamasında bildirib ki, yaranan bu nasazlıq sosial şəbəkələrdə yenilənmə işlərinin aparılması ilə bağlı ola bilər:

“Baş verən problemlə bağlı sosial media resurslarının rəhbərliyi tərəfindən heç bir açıqlama verilməyib, sadəcə, üzrxahlıq edilib. Amma mən düşünürəm ki, məsələ kifayət qədər ciddidir. O qədər ciddidir ki, əvvəlkilərdən fərqli olaraq, uzun müddət çəkib və bütün dünyaya təsir edib. Problem ötən illər bu quruma, qlobal resursa olan təsirlərdən yarana bilər. Bilirsiz ki, qurum rəhbərləri bir sıra ölkələrə hesabatlara dəvət olundu. Dövlətlər onlardan hesabat tələb etdilər ki, sosial şəbəkələrdə nə baş verir? “Facebook”un datalarından yararlanmaqla onun istifadəçilərinin məlumatlarından istifadə edərək manipulyasiya olunur, dövlətlərə, seçkilərə, cəmiyyətlərə təsir edilir. Bundan dolayı hökümətlərin ciddi narahatlığı vardı. Güman ki, rəhbərlik yeniləmə işləri aparır ki, gələcəkdə eyni tipli reaksiyalar olmasın. Yəqin, bu haqda yekun rəsmi açıqlama veriləcək”.

Nasazlıqdan sonra Azərbaycanın öz sosial şəbəkə sisteminin yaradılması ilə bağlı idealar yenidən gündəmə gəlib. O.Gündüz deyir ki, belə bir təşəbbüs üçün milyardlarla manatlıq büdcə formalaşdırılmalıdır:

Azərbaycanda bu sahədə çox cəhdlər olub, təşəbbüslər irəli sürülüb, amma hamısı uğursuz olub. Onu yaratmaq asandır. Amma istifadəçiləri bura cəlb etmək üçün nə təklif ediləcək? Marketinq üçün milyardlarla pul qoyulmalıdır. Belə resurs varmı? Uzun müddətli marketinq üçün milyonlarla büdcə varsa, əlavə nələrsə təklif olunacaqsa, uğur qazanmaq olar. Amma indiki halda bu dumanlı görünür”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar