Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Rusiya Poroşenkonun qələbəsinə üstünlük verir"

"Saakaşvilini Gürcüstanda tapşırıqların yerinə yetirilməsi üçün uzun müddət və məqsədyönlü şəkildə hazırlayıblar"

Oxu.Az-ın “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitaliy Arkovla müsahibəsini təqdim edirik:

- Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham ƏliyevErmənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Danışıqlardan sonra vasitəçilər bəyanatla çıxış edərək, dövlət başçılarının danışıqlar prosesini davam etdirməyə hazırlıq ifadə etmələrini alqışladı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində yaxın zamanda hər hansı irəliləyiş gözlənilir?

- Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında Ermənistanda yaşayan çox sayda sağlam düşüncəli insanlar maraqlıdır. Onların bir hissəsi hətta işğal olunmuş Azərbaycan rayonlarının (Laçını çıxmaq şərtilə) Bakının nəzarətinə qaytarılmasını istəyir, belə ki, bu, baş versə, yeni rəsmi Yerevanın vətəndaşlara verdiyi (çoxdan gözlənilən) vəziyyətin yaxşılaşması ilə bağlı vədlərini gerçəkləşdirməsinə şərait yaradacaq.

Qarabağ məsələsində irəliləyiş olmasa Ermənistanda aparılan heç bir iqtisadi islahat nəticə verməyəcək. Paşinyan hökuməti bunu yaxşı başa düşür. O, iki daş arasında qalıb - sağlam düşüncə (Yerevanın nəzarətində olan Dağlıq Qarabağa ətrafı rayonların işğaldan azad edilməsi ilə üzrə Bakı ilə danışıqlar) və bunu millətin maraqlarına qarşı xəyanət kimi qələmə verən siyasi opponentləri tərəfindən ona qarşı qısqırdılmış erməni cəmiyyəti arasında var-gəl edir.

Dağlıq Qarabağın Ermənistan tərəfindən Bakının nəzarətinə verilməsindən söhbət belə getmir. Çünki daxili siyasi ixtilaflara rəğmən, bu məsələdə erməni icması monolitdir. Hər halda indi vəziyyət belədir. Zaman keçdikcə bu fikrin deformasiyaya uğramayacağını qəti şəkildə demək olmaz.

Bakıda bunu səmərəli şəkildə qiymətləndirirlər. 20 il əvvəl zəbt olunmuş bütün torpaqların qaytarılması ilə bəyanatların davamı gəlsə də, hazırda işğal olunmuş altı rayon üzrə real dialoq aparılır. Burada da Bakının taktikası özünü doğruldur: kiçik addımlarla böyük hədəfə doğru irəliləyir.

- Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə ukraynalı şoumen Vladimir Zelenski hazırkı dövlət başçısı Pyotr Poroşenkonu əhəmiyyətli dərəcədə geridə qoyub. Yekun nəticələrlə bağlı proqnozlarınızı bilmək istərdik. Sizcə, hansı namizəd daha çox səs toplayacaq? Poroşenkonun məğlub olacağı təqdirdə Ukraynanın siyasi vektoru hansı şəkildə inkişaf edəcək?

- 2019-cu il prezident seçkiləri mənə müəyyən mənada 2012-ci ilin payızında Gürcüstanda keçirilən parlament seçkilərini xatırlatdı. Əvvəl Gürcüstanda, indi isə Ukraynada ABŞ - siyasi proseslərin əsas oyunçularından biri kimi bir sıra səbəblərə görə öz tərəfdaşına qəti şəkildə dəstək göstərməkdən imtina edir (Ukraynada Poroşenko, Gürcüstanda isə o vaxtlar Saakaşvili), onun qalib gəlməsinə əngəl yaratmağa çalışır.

Vaşinqton üçün vacib olan məsələ ölkənin ən güclü siyasətçisi, ictimai rəyin cari lideri üzərində təsir gücünə malik olmaqdır, hakimiyyətin başında “siyasi meyitin” saxlanılması onun marağında deyil, belə ki, bu səmərəsizdir və sonda baha başa gəlir.

Poroşenko ikinci turun gedişində nisbi ədalətli mübarizədə (birinci turda post-sovet məkanı üçün ənənəvi sayılan pozuntular qərb müşahidəçilər tərəfindən də müşahidə olunub) siyasi meyit olmadığını, əvvəlki kimi siyasi döyüşçü olduğunu isbat edə bilsə, Vaşinqton onunla həm de-yuri, həm də de-fakto ən güclü olan siyasi fiqur kimi əməkdaşlığı davam etdirəcək.

Uduzacaq, “Dyakuyu!” (çox sağ ol! - red.) deyib qalib namizədlə işbirliyinə başlayacaqlar. Ancaq Pyotr Alekseyeviç ABŞ-ın siyasi dairələri üçün köhnə tərəfdaşı və qatı “dostu” Mixeyil Nikolozoviç kimi deyil.

Saakaşvilini Gürcüstanda tapşırıqların yerinə yetirilməsi üçün uzun müddət və məqsədyönlü şəkildə hazırlayıblar. Poroşenko isə ABŞ dəstəyi və prezident kreslosunu başlıca olaraq təsadüfən, həmin vaxt mövcud olmuş şərait hesabına qazanmışdı. Ona görə məğlub olacağı təqdirdə onu çətin ki, “ehtiyat oyunçular” sırasına göndərsinlər və “məşqçi vəzifəsində” ondan yararlansınlar (necə ki, Saakaşvilidən istifadə etmişdilər və indi də edirlər). Sadəcə, onu hesabdan çıxaracaqlar, ondan daha heç bir nəticə gözləməyəcəklər.

Əlbəttə ki, açıq-aydın sezilən antoqonizmə rəğmən, Moskva üçün yaranmış vəziyyətdə Pyotr Poroşenkonun qələbəsi daha əlverişlidir, ona üstünlük verir. Bir sıra beynəlxalq və daxili əhəmiyyətli səbəblərə görə. Hətta Moskvanın müəyyən dərəcədə Poroşenkonun qələbəsi üçün şərait yaradacağını da güman etmək olar.

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar