Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert Rəqabət Məcəlləsi haqda: “İlk olaraq məmur sahibkarlığı ləğv olunmalıdır”

İqtisadçı-ekspert: “Bu məsələnin kökündə duran iki səbə var. Məmur sahibkarlığı və bundan yaranan inhisarçılıq. Bu problem ortadan qaldırılmalıdır”

“Bizdə elə qanunlar var ki, qəbul olunub və neçə illərdir o qanunun əsasında müxtəlif qurumlar fəaliyyət göstərir. Amma qanunun icra mexanizmləri elə qurulub ki, bu daha çox sahibkarlığa mane olur nəyinki, onun problemlərini həll edir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli 2019-2020-ci illərdə Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanması təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı bildirib ki, 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanması prioritet məsələdir.

G. Kərimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi” haqqında Fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

Rəqabət Məcəlləsinin işlək bir qanun ola bilməsi üçün hansı işlər görülməlidi və bu məcəllə Azərbaycanda monopoliyanın aradan qalxması, iqtisadiyyatın liberrallaşması üçün əsas stimul ola biləcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Qanunun icra mexanizmləri elə qurulub ki, bu daha çox sahibkarlığa mane olur nəinki, onun problemlərini həll edir”.

Əsas səbəblər aradan qaldırılmayana qədər kimliyindən asılı olmayaraq hansısa bəyanatlar verilsə də belə, hansısa qurumlar yaradılsa da belə, nəticənin eyni olacağını düşünən iqtisadçı-ekspert səbəb kimi bildirib ki, bu məsələnin kökündə duran səbəblər – məmur sahibkarlığı, inhisarçılıq aradan qaldırılmır:

Azərbaycan iqtisadiyatı monopoliyalaşmış iqtisadiyyatdır. Burda məmur sahibkarlığından daha çox bəhs etmək olar nəyinki, ümumi sahibkarlıqdan. Liberal bazar iqtisadiyyatı rəqabəti, hüquq və vəzifələrin bərabərliyini tələb edir. Buna görə də liberal bazar iqtisadiyyatının olması üçün təbii ki, hüquq işləməlidir, hüquqi dövlət olmalıdır. Məhkəmələr tərəfsiz olmalıdırlar.

Bəzi adamlar düşünürlər ki, hər hansı bir qanunu, məcələni qəbul etməklə, iş bitmiş hesab olunur. Bu sahədə islahat baş vermiş hesab olunur. Tam əksi, bizdə elə qanunlar var ki, qəbul olunub və neçə illərdir o qanunun əsasında müxtəlif qurumlar fəaliyyət göstərir. Amma qanunun icra mexanizmləri elə qurulub ki, bu daha çox sahibkarlığa mane olur nəinki, onun problemlərini həll edir.

Hansı işlər görülməlidir dedikdə, ilk olaraq məmur sahibkarlığı ləğv olunmalıdır. Şirkətlərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxlərin hüquq, vəzifə bərabərliyini təmin etmək lazımdır.

Nazim Bəydəmirli: “Kiçik və Orta sahibkarlığa dəstək qurumu ayrıca fəaliyyət göstərməlidir. Həmçinin bu qurum ya Milli Məclisə, ya da Prezidentə tabe olan bir qurum olmalıdır”.

Rəqabət Məcəlləsinin qəbul olunması ilə iş aşmır. Bildiyimiz kimi bu yaxınlara qədər İqtisadiyyat Nazirliyinin tabeçiliyində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərdi. Keçən il də Prezident Azərbaycanda Rəqabət Agentliyi yaradılması haqqında sərəncam imzaladı. Görünən odur ki, gec də olsa, bu işi görünüş şəklinə gətirmək istəyirlər.

Hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin özünün strukturu dəyişdirilməlidir. Qeyd edim ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin balansında Kiçik və Orta sahibkarlığa dəstək qurumu yaradıldı. Əslində hesab edirəm ki, bu qurum ayrıca fəaliyyət göstərməlidir. Həmçinin bu qurum ya Milli Məclisə, ya da Prezidentə tabe olan bir qurum olmalıdır.

Çox təəssüf edirəm ki, son illər dövlət qurumları adı altında müxtəlif agentliklər, müxtəlif qurumlar yaradılır. Bunların bir çoxu sahibkarlığa mane olurlar. Belə qurumların yaradılması ictimaiyyətin gözünə kül üfürməkdir. Bununla göstərmək istəyirlər ki, guya fəaliyyət göstərirlər, guya sahibkarlıqla məşğuldurla.

Təəssüflər olsun ki, Azərbaycan Sahibkarlar Konfederasiyası adı altında olan qurum əslində 2009-cu ildən bəri Azərbaycan sahibkarlarına olan basqıların heç birinə ciddi reaskiya vermədi. O cümlədən də 2010-cu ildən bəri fəaliyyət göstərən metal qoçu dəstələri var idi ki, 2012-ci ildə də onlar “ işləri ”ni tamamladılar və 20-dən yuxarı metal istehsalçısını bazardan çıxardılar.

Nazim Bəydəmirli: “Belə qurumların yaradılması ictimaiyyətin gözünə kül üfürməkdir. Bununla göstərmək istəyirlər ki, guya fəaliyyət göstərirlər, guya sahibkarlıqla məşğuldurlar”.

Bu hala belə seyirci qalan Antiinhisar Deportamenti, İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının indiki rəhbərliyindən mən heç bir müsbət addım gözləmirəm.

Birinci Vitse-prezidentin köməkçisinin açıqladığı həmin prioritet məsələ hesab edirəm ki, ancaq və ancaq görünüş xarakterlidir. Bunu zaman göstərəcək. Əsas səbəblər aradan qaldırılmayana qədər kimliyindən asılı olmayaraq hansısa bəyanatlar verilsə də belə, hansısa qurumlar yaradılsa da belə, nəticə eyni olacaq. Çünki bu məsələnin kökündə duraniki səbə var. Məmur sahibkarlığı və bundan yaranan inhisarçılıq. Bu problem ortadan qaldırılmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar