Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Azərbaycana yeni dələduzluq metodu gəlib"

"Azərbaycanda yeni bir dələduzluq metodu var. Əslində dünyada yeni deyil, illərdir var amma müşahidələrim və aşkarladığım hadisələr göstərir ki, bizim bazarda bu metod artmağa başlayıb".

Bu barədə ekspert Fərid Pərdəşünas öz “Facebook” profilində yazıb.

O bildirib ki, xüsusən Facebook qruplarında açıq bazar gedir.

“Bəzi işbazlar və telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu birbaşa IMEI klonlaması vasitəsilə həyata keçirilir. Əslində hazırda əlinizdə olan cihaz klonlanmış bir IMEI koduna da sahib ola bilər. Bu metodla işbazlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə necə olur? Əgər siz klonlanmış bir cihaz daşıyıcısınızsa bu sizin üçün real təhlükəlidir.

IMEI qeydiyyatlaırnı dövlətlər aparır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının həyata keçirilməsi üçün cihazın kimlik kartı hesab edilir. Çalışın bu kodu başqaları ilə bölüşməyin. Azərbaycanda cihazlarınızın qeydiyyatını və yoxlanışını imei(az) saytı vasitəsilə həyata keçirə bilərsiniz”, – deyə ekspert qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar