Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eks-qubernator 20 milyardı mənimsəməkdə günahlandırıldı - Rusiyadan qaçdı

Dubrovski istintaqdan gizlənib...

20 milyard rubl mənimsəməkdə şübhəli bilinən Çelyabinsk vilayətinin keçmiş qubernatoru Boris Dubrovski barəsində başlanan istintaqdan gizlənib, "TASS" agentliyi iş materialları ilə tanış olan mənbəyə istinadən məlumat verib.

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, agentliyin həmsöhbətinin sözlərinə görə, o, hazırda İsveçrədədir. Rusiyanı tam olaraq nə vaxt tərk etdiyi barədə məlumat verilmir.

Bundan əvvəl, keçmiş qubernatorun vəkili İqor Trunov Dubrovskiyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə iddiasının irəli sürüldüyünü söyləyib. Büdcə vəsaitlərinin mənimsənilməsi halında ziyan 20 milyard rubldan çoxdur. İstintaq hesab edir ki, vəzifəli şəxs 2016-cı ildən 2018-ci ilə qədər cinayət əməlləri törədib.

Qeyd edilir ki, Dubrovski 2014-cü ildə Çelyabinsk bölgəsinə rəhbərlik edib. O, 2019-cu ilin mart ayında Rusiya prezidenti Vladimir Putinə istefa məktubu göndərib. Qubernatorun sözlərinə görə, bu, onun şəxsi qərarı olub.

2016-cı ildə Dubrovski beynəlxalq jurnalistlər qrupu tərəfindən ofşor məmurlar barədə "Panama sənədləri" adlandırılan apardığı araşdırmada müttəhimlərdən biri olub. Onların sözlərinə görə, o, qubernator kimi dəfələrlə öz şirkətlərinin veksellərini ofşor şirkət vasitəsi ilə alıb. Bundan sonra da Baş Prokurorluq siyasətçinin iş fəaliyyətində yoxlamalara başlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar