Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eks-nazir Soçidə keçiriləcək üçtərəfli görüşü şərh etdi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Soçidə keçiriləcək görüşü barədə şərh verib.

T.Zülfüqarov Oxu.Az-a açıqlamasında deyib ki, hazırda Ermənistanda gərginlik hiss edilməkdədir.

“Nəzərə alaq ki, Ermənistan noyabrın 9-na planlaşdırılan görüşdən imtina etmişdi. Bunun səbəbi həm də o idi ki, Ermənistan cəmiyyətində dərin böhran yaşanır və bu böhran gərginlik yaradır. Ermənistan cəmiyyətində, mətbuatında müxtəlif fikirlər dolaşır, belə məqamda müxalifət də aksiyalar keçirir”, - deyə T.Zülfüqarov əlavə edib.

Keçmiş xarici işlər naziri qeyd edib ki, nəticədə Nikol Paşinyan görüşün 15 gün gecikdirilməsinə nail oldu.

T.Zülfüqarovun fikrincə, Ermənistan mövqeyini AzərbaycanRusiyanın mövqeyindən fərqli göstərmək istəyir.

“Məhz bu fərqə görə AzərbaycanRusiya görüşə israrlı idi. Paşinyan isə çıxılmaz vəziyyətdə olduğunu dərk edir. Özünü sığortalamaq üçün Soçi görüşü öncəsi “Facebook” vasitəsilə canlı yayım açdı. Paşinyan açıqlamalarında özünü elə göstərdi ki, guya AzərbaycanRusiyaya təzyiq edir və Soçi görüşündə də eyni mövqeyi sərgiləyəcək”.

Eks-nazir Nikol Paşinyanın blef etdiyinə işarə edib.

Ermənistanın onun üzərinə qoyulan öhdəliklərdən qaçmaq imkanları real görünmür. Çünki Ermənistanın dirəniş göstərmək üçün nə hərbi, nə siyasi, nə də geopolitik potensialı var. Baxaq görək, Soçi görüşünün nəticələri nə olacaq”, - deyə T.Zülfüqarov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar