Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırdı - Qızı şiddətə məruz qalır

Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm əri tərəfindən təhdid olunur...

Bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb. O bildirib ki, Şəbnəm əri Ramil Əzizovdan ayrılıb və bundan sonra Ramil Şəbnəmi və R.Qazıyevin digər ailə üzvlərini narahat etməyə başlayıb. R.Əzizov Şəbnəmin qonşularını, iş yoldaşını da hədələməyə başlayıb. Daha sonra R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb.

R.Əzizov bunun ardınca Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də 102-yə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb.

Əvəz Zeynallı qeyd edir ki, Şəbnəm Əzizova onunla söhbətində “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm”,- deyib.

Ə.Zeynallı bu hadisə ilə bağlı polisin hərəkətsizliyindən narahat olduqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar: “Hazırda araşdırma aparılır, yekunda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov ondan boşandığı üçün arvadı Dilarə Bəhmənovaya küçədə hücum edərək 16 bıçaq zərbəsi vurub. Qadının vəziyyəti ağır olaraq qalır, C.Bəhmənov isə həbs edilib. D.Bəhmənovun anası Elmira Zeynalovanın sözlərinə görə, Ceyhunun hədələri və təzyiqləri bir neçə aydır davam edirmiş.

pia.az


Etiket: qadın şiddət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar