Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Əkrəm İmamoğlunun oteldəki gizli görüşünün görüntüləri yayıldı – Video

Debatdan öncə İmamoğlu İsmail Küçükkaya ilə görüşüb

İstanbul bələdiyyə sədrliyi uğrunda mübarizə aparan CHP namizədi Əkrəm İmamoğlu ilə AKP namizədi Binəli Yıldırım arasında baş tutan ilk debatdan öncə İmamoğlu debatın moderatoru İsmail Küçükkaya ilə “Marmara Oteli”ndə bir araya gəlib.

Moderatorla İmamoğlu arasındakı görüş debatdan iki gün əvvəl baş tutub. “Sabah” qəzetinin məlumatına görə, onlar arasında görüş ümumilikdə 46 dəqiqə davam edib.

Məsələni şərh edən Binəli Yıldırımın köməkçisi Ömər Sərtbaş qeyd edib ki, debatdan öncə İsmail Küçükkaya ilə Yıldırım yox, o özü görüşüb və proqramın mövzusu müzakirə olunub. Görüş cəmi 30 dəqiqə davam edib.

“İsmail bəydən İmamoğlu ilə görüş barəsində soruşduqda, o İmamoğlunun da köməkçisi ilə eyni şəkildə müzakirə apardığını bildirdi, özəl görüşmə barədə danışmadı”,- deyə Sərtbaş bildirib.

Əkrəm İmamoğlu hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələni diqqətdə saxlayır.(oxu.az)

pia.az

Fotolar


Şərh yazın.

loading...