Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

Bizim mətbuatımız da, məncə, papağını qabağına qoyub fikirləşməlidir. Hansı dili kimin üçün danışır?..

Ziya Mehti yazır...

XIX əsr Çar Rusiyası partlamağa hazır bomba idi. Hələ bunu Rusiyada bolşevik inqilabından yarıməsr əvvəl alman filosof Fridrix Nitşe demişdi. Rusiya bir enerji yığılırdı. Çexovların, Tolstoyların, Dostoyevskilərin olduğu bir dönəmdə 1825-ci ildə Rusiyada ilk siyasi motivli qəzet olan “Северная пчела “ fəaliyyətə başladı. Puşkinlərin, Rılyeyevlərin avanqardı olduğu bu mətbu orqan Dekabristləri bəsləyirdi. 1930-ci illərdə səhnəyə yazarlar çıxmışdı. . 1818-ci ildə yaradılan ədəbiyyat jurnalı «Оте́чественные запи́ски»-dən sonra Nekrasov, Qoqol, Belinski və digər rus ədibləri Puşkinin rəhbərliyi ilə 1830-cu ildə Çar Rusiyasının ilk ədəbiyyat qəzətinin (Литературная газета) adını tarixə yazdırdılar.

Bu dövrdə Çar Rusiyasının Qafqazdakı quberniyalarında da mətbuat formalaşmaqda idi. Xüsusilə, Tiflisdə rusca qəzetlər hələ XİX əsrin əvvəlindən, azərbaycanca yayımlanan “Tiflis əxbarı” isə 1832-ci ildə yaranmışdı. "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycana aid səhifələrdə məlumatlar dərc olunur və o qəzetlərdə Azərbaycan vilayət, Qarabağ isə əyalət kimi tanınırdı.

Azərbaycan mətbuatı formalaşmaq üçün yarıməsr gözləməli idi, çünki həmin dövrdə hələ Həsən bəy Zərdabi doğulmamışdı. Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin əsasını qoyanda tək bilək idi, redaksiyada tək idi, bəlkə də, quberniyada tək idi. Tək başına 56 nömrə dərc edən Həsən bəy Zərdabi sonralar Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digərlərinin qələmlərini də silah edib Azərbaycana faydalı olmağa çalışırdı. Xalqa Gigiyenanı, milli mənsubiyyəti, oxuyub-yazmağı, bir sözlə, bu gün Azərbaycan mətbuatında olmayan proqressiv olan hər şeyi ehtiva etməyə çalışan bir “Əkinçi” var idi. Rusiya mətbuatından fərqli olaraq bizim mətbuat Pyotr kimi hökmdarların yox, ədiblərin adı ilə adlanır. Tarixi ekskursiyanın da səbəbi elə “bizim mətbuat”dan danışmaq üçün idi.

İllər ötüb, günlər keçib, Bakı mətbuatı Tiflisdən yenə geri qalır. Noam Xomski deyir ki, digər işlər kimi media da alıcılara öz məhsulunu satır, medianın bazarı reklam, alıcısı isə reklam statistikası böyüdən izləyicilərdir (Medianın arzuladığı isə daha zəngin izləyicilərdir). 2017-ci il statistikasına əsasən Gürcüstanın 57 milyon dollarlıq (96 milyon 900 min manat) reklam bazarının 52 milyonluq (88 milyon 400 min manat) hissəsi KİV-in payına düşür.

Azərbaycanın 2018-ci il statistikasına görə KİV-in payına düşən reklam payı cəmi 7.7 milyon manatdır və 2015-ci ildə bu rəqəm 25 milyon olmuşdu. Çap mediasının üstünə düşün reklam payı isə nə az nə çox 100 manatdır, müqayisə üçün Gürcüstan çap mediası üçün bu rəqəm 1.3 milyon dollar (2.2 milyon manat), yəni 22000 dəfə çoxdur. Halbuki, 2015-ci ildə Azərbaycanda çap mediasının payına düşən reklam payı 1.4 milyon manat olmuşdu.

Rəqəmsal medianın reklam payı isə son 3 ildə 3 dəfə azalaraq 474 min manata qədər azalmış, Gürcüstanda isə 2017-ci ildə 8.5 milyon manatlıq rəqəmsal medianın reklam payı olub.

Televiziya və radioda eyni şəkildə reklam bazarındakı yerini itirib. Azərbaycan televiziyalarının 6.9 milyonluq reklam payı ilə Gürcüstan televiziyalarının 59.5 milyonluq reklam payını müqayisə belə etmək olmaz. Təkcə Rustavi 2 və İmedi kanallarının reklam gəliri 34 milyon manatdır. Eyni tendensiya ciddi dalğalanma müşahidə olunmadan öncəki illərdə də görünür.

Bəs, bizim reklam bazarı hara gedir? 100 manatlıq reklam büdcəsi olan çap mediası necə yaşayır? (Statistika Komitəsinin saytında dərc olunan bu rəsmi məlumat heyrət doğurmaya bilmir və bu da reklam bazarının vergidən yayınmasının açıq göstəricisidir).

2019-cu il büdcə zərfində KİVDF üçün 4 milyon, AzTV QSC üçün 32 milyon, Milli Televiziya və Radio Şurası üçün 928 min, İctimai televiziya üçün 17 milyon, '”Mir'” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi 534 min pul ayrılıb.

Nəzərə alsaq ki, çap mediası ilə bağlı verdiyim sualın cavabı KİVDF-dir və ötən il 33 qəzetə maliyyə dəstəyi göstərib, əsası qəzet redaksiyalarında çalışan 443 media nümayəndəsini müxtəlif müsabiqələrdə mükafatlandırıb. Jurnalistlərə verilən mənzil dəstəyində də üstünlük çap mediasına verilmişdi. Bu öncəlik niyədir və ya vətəndaşın da mövqeyini əks etdirirmi?

Bugünki gündə Azərbaycan çap mediası deyəndə ağlıma əkinçi gəlir. Ad bənzərliyi sizi çaşdırmasın, Zərdabinin “Əkinçi”si yox, doğma torpaqların zəhmətkeş əkinçilərini deyirəm. Bazara çıxan qəzet həyatın ironiyasıdırmı, yoxsa nə kəramətdirsə, gəlib əkinçiyə nəsib olur. O da yumurtasını bükür, məhsulunun altına sərir, içinə tum doldurur, bir sözlə, yararlı hala gətirir.

Nədir, bizim əkinçinin bu çap mediası ilə dərdi? Ümumən, vətəndaşın Azərbaycan mətbuatı ilə dərdi nədir? Bizə niyə nifrət etsin, niyə inanmasın? Niyə informasiya kanalını açanda “yenə nə gicləyirlər” frazasını beyninə həkk etsin? Niyə Azərbaycan mediası yox olsa, Azərbaycan vətəndaşı bundan narahat olmasın?

1984 əsərini yazan Corc Oruell günümüzü modelləşdirmişdi və əsərdə xalq “oldspeak” dilini danışsa da, qəzetlərdə “newspeak” dilindən istifadə edilirdi. Oruellin sözünə istinad edən Noam Xomski belə deyir:

“Bizim dövrümüzdə saxtakarlığa yenidanış (newspeak) deyilir”

Bizim mətbuatımız da, məncə, papağını qabağına qoyub fikirləşməlidir. Hansı dili kimin üçün danışır?

Ziya MEHTİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar