Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əjdaha” dönərxanaları və daha nələr... - Heydərovun sağ əli Rəfael Mirzəyevin şirkətlərinin siyahısı yayıldı

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyev böyük biznes şəbəkəsinə sahibdir...

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyev İngiltərənin Brayton şəhərindəki “Bellerbys” kollecinin və Londonun City Universitetinə aid “CASS Business School” məktəbinin məzunudur. O, 2019-cu ildə ABŞ-ın Stanford universtitetində kurs keçib. Elə həmin il Rəfael Mirzəyevin oğlu Los-Ancelosda 5670 WILSHIRE BLVD, STE 1838 hüquqi ünvanında WEBSITECA LLC (qeydiyyat nömrəsi 201914810569) şirkətini qeydiyyatdan keçirib.

PİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

https://www.aztoday.az/wp-content/uploads/2021/12/resad-1.jpg

C.Həsənli qeyd edib ki, bu, onun ilk şirkəti deyil, Rəşad Mirzəyev əsasən informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir neçə şirkətin təsisçisi və icraçı direktorudur: “O, Azərbaycanda fəaliyyət göstərən 118 sorğu xidmətini təqdim edən "118 XİDMƏTI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni hələ 2010-cu ildə 22 yaşlı olarkən təsis edib. 2011-ci ildə o, "DAYANACAQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni, ardınca ATL GROUP-a daxil ilk şirkəti - "ATL KONSALTİNQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ qeydiyyatdan keçirib. Sonrakı illərdə FHN-in birinci müavininin oğlu rəhbərlik etdiyi ATL GROUP-a daxil olan yeni şirkətlər açıb:

- "ATL ELECTRONİCS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

- "ATL AKADEMIYA" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL LOGISTICS" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL RENT-A-CARS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

- "ATL SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL SMS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.

"ATL SERVICE" MMC Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun adına rəsmiləşdirilib. Rəşad Mirzəyevin biznes şəbəkəsi informasiya texnologiyaları və konsaltinq xidmətləri ilə məhdudlaşmır. O, 2016-cı ildən fast-food biznesinə də girişib. Həmin il "ƏJDAHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ təsis edən Rəşad Mirzəyev artıq paytaxtın Bülbül prospekti, Cəfər Cabbarlı, Nəcəfqulu Rəfiyev və Cəmşid Naxçıvanski küçələrindəki eyniadlı dönərxanaların sahibidir. Nazir müavininin oğluna məxsus "FLEXY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN fəaliyyət istiqaməti isə bəlli deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar