Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏIi Hüseynli: “Ermənistan müharibənin ilk günlərindən qadağan olunmuş silahlardan istifadə edib”

Ermənistan müharibənin başladığı ilk günlərdən qeyri-qanuni üsullarla qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, bir sıra şəhərləri, xüsusən Gəncəni bombardman edib. Oktyabrın 4-dən başlayaraq 17-ə qədər 5 dəfə terror aktları törədilib. Bu terror aktları nəticəsində heç bir günahı olmayan onlarla mülki şəxs, 100-dən çox insan xəsarət aldı”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

“Bu qanlı hadisələrə, terror aktlarına baxmayaraq Azərbaycan xalqının iradəsi sınmadı, həmin hadisələr gəncəliləri sındıra bilmədi. Əksinə, əhali Azərbaycan Ordusundan növbəti döyüş qələbələri gözləyirdi. Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqla aldı. Azərbaycan Ordusu bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirirdi”, - deyə Əli Hüseynli vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, bu cür terror aktları nəinki Azərbaycan xalqının iradəsini sındıra bilib, əksinə, onu qələbəyə daha da yaxınlaşdırıb: “Həmin ərəfədə Füzuli işğaldan azad olunmuşdu. Azərbaycan Ordusu Şuşaya doğru irəliləyirdi. Terror aktlarının məqsədi başlanmış hücumun qarşısını almaq idi. Lakin bunun tamamilə əksi baş verdi və Azərbaycan Ordusu torpaqları tamamilə işğaldan azad etdi”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar