Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - Video

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Azərbaycan Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıdakı məşhur restoran icra başçsının həyat yoldaşına məxsus imiş - Foto

Abdin Fərzəliyev kadr dəyişikliyinə hazırlaşır: etibarlı adamını Abşerona aparır

Azərbaycanda tanınmış şəxslərə BMT adından saxta mükafatlar verilir – Foto

Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA bilir… – Əsas odu işin içində pul olsun…

"Dedi hansısa pullu adamı nişan ver, iki saata tutaq, pulunu alaq..." - Mahmudovun bandasının əməllərində yeni faktlar

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Azərbaycanda daha bir general təqaüdə göndərilib

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

"Manatın dəyər itirməsi gözləniləndir" - İqtisadçı

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb

Ən çox oxunanalar