Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ehtiyat hissəsinin içində narkotik keçirmək istədi, yaxalandı - Foto,Video

Gömrükçülər külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar...

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.

Yoxlama zamanı sellofan torbada olan karton qutunun içərisində, iki ədəd ehtiyat hissənin hər birinin daxilindəki boşluqda 2 ədəd bağlama aşkar edilib.

Həmin bağlamalarda isə ümumilikdə 2935 qram narkotik vasitə - tiryək aşkarlanıb.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar