Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədinejad: “Bəzi region ölkələrinin nüvə bombası var”

İranın sabiq prezidenti Mahmud Əhmədinejad bildirib ki, bölgədə Hindistan, Pakistan və İsraildən başqa nüvə silahına sahib olan bir neçə ölkə də var: “Hindistan, Pakistan və İsrailin nüvə bombası var. Bu niyə normal sayılır? Mənim dəqiq məlumatım var ki, regionun bir neçə başqa ölkəsi də nüvə silahına malikdir, lakin onlardan şikayət edən yoxdur. İran dəfələrlə bəyan edib ki, nüvə bombası əldə etmək fikrində deyil”.

Onun fikrincə, nüvə silahlarının dövrü sona çatıb: “Sovet İttifaqını xatırlayın. Bu böyük dövlətin nüvə silahı var idi, amma bu onu dağılmaqdan xilas etməyib. Və bu gün ABŞ qəbul etməlidir ki, xalqımız ayaq üstə durmaq istəyir, ona görə də heç kim dövlətimizin daxili işlərinə qarışmamalıdır”.

İsraillə hərbi qarşıdurma ehtimalından danışan Əhmədinejad deyib: “Hər şey mümkündür, amma bölgədə heç bir ölkə bundan faydalanmayacaq. Müharibə regionda ancaq dağıntıya səbəb olacaq”.

Onun fikrincə, İranın nüvə proqramı sanksiyalar tətbiq etmək üçün yalnız bir bəhanədir: “ABŞ həqiqətən də İranın nüvə proqramından narahatdırmı? Onların 5600 beşinci nəsil inkişaf etmiş atom bombaları var. Yüksək dəqiqlikli uzaq mənzilli raketləri var. Hind okeanındakı bazalarından ABŞ bölgəmizdə istədiyi nöqtəni hədəf ala bilər ... Məncə nüvə proqramı bir bəhanədir. Başqa fikir ayrılıqları da çoxdur ".

O, amerikalıları regionun siyasətinə qarışmaqda da ittiham edib: “Bizə terrorçu deyirlər, amma biz də onlara eyni şeyi deyirik. ABŞ bizdən soruşur ki, biz niyə bu regiona müdaxilə edirik, halbuki özlərindən başqa heç bir ölkə digər dövlətlərin işlərinə qarışmır”, - deyə Əhmədinejad bildirib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar