Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd İsmayılov: ""Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir"

“Yeni hazırlanan “Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir”.

APA-nın məlumatına görə, bunu “Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda keçirilən onlayn tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, layihə yekunlaşmalıdır ki, onu müzakirəyə çıxarmaq mümkün olsun: “Ola bilsin hansısa maddələrə dəyişiklik olsun. Layihə yekunlaşdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək”.

O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir:

“Jurnalistika etikası pozulanda cəmiyyətin normal informasiya alması da pozulur və mediaya inam azalır. Jurnalistika prinsiplərinə əməl etməklə ənənəvi, peşəkar mediaya olan etimadı geri qaytara bilərik. İnformasiyanın düzgün mənbəyi biz və mediadır. 44 günlük müharibə zamanı böyük qələbə əldə etmişik, bu baxımdan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün mediamız var gücü ilə çalışır. Jurnalist etikasını itirsək, bu, geri dönməyən yol olacaq. Bunun da cəmiyyət və dövlət üçün heç bir faydası olmaz. Bu məsuliyyəti hiss etməliyik. Bu zaman media olaraq kommunikasiya funksiyamızı yerinə yetirə bilmərik. Doğru, düzgün informasiya vermək jurnalistin özünü və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar