Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır - Fotofakt

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadənin ölkə xaricindəki biznesi ilə bağlı növbəti dəfə sensasion sayıla biləcək məlumat yayıb

PİA.AZ AzToday.az-a istinadən məlumatı olduğu kimi təqdim edir:

Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin haqqında bu qədər yazdıq, İngiltərəyə, Çexiyaya daşıdıqlarını araşdırıb ortaya çıxardıq, dedik bəlkə bir az yavaşlayarlar, amma adam dayanmaq bilmir.


Niyə? Çünki nə bu işbaz cənabdan, nə onun arxasında dayanan atasından və qaynatasından o milyonların Avropaya haradan və necə axdığını soruşan olmayıb. O qədər rezonansa, səs-küyə səbəb olan sənədlərin, faktların qarşısında özlərini veclərinə də deyilmiş kimi apardılar.

İndi yenisini açıb. Bu dəfə Türkiyədə

Baş bankirin kürəkəni HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb. Cuma Əhmədzadə Türkiyədə nə işlər çevirəcək? Əslində nə işlər çevirməyəcək?

HORİZONİST DIŞ TİCARET LİMİTED-in nizamnaməsinə görə, topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzətindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq əldə edəcək, daşınmaz əmlaklar əldə edəcək.

Yəni daşımağa davam edəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar