Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalinin ən çox narazı olduğu icra başçıları: Sıra onlara çatır - Siyahı

Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib

Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib.

PİA.az xəbər verir ki, proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə təkcə yaş deyil, fəaliyyət də əsas götürülür. Bildirilir ki, yaşlı icra başçıları ilə yanaşı fəaliyyəti qənaətbəxş olmayan, əhalinin daha çox narazılıq etdiyi rayon və şəhər rəhbərləri də əvəzlənəcək.

Ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib. Həmin məlumatda bəzi rayonlardan o cümlədən Balakən, Göyçay, İmişli, Qazax, Sabunçu, Tərtər, UcarZaqataladan daxil olan müraciətlərin sayının artdığı bildirilir. 

Bu məlumatdan sonra bəzi rayonların icra başçıları dəyişdirilsə də yuxarıda qeyd olunan rayonların rəhbərləri yerində qaldı. İndi belə ehtimallar səsləndirilir ki, həmin rayonların icra başçıları da yola salına bilər.

Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir. 

Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildən bu vəzifədədir. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışıb.  

İmişlinin icra başçısı Vilyam Hacıyev 2012-ci ildən bu rayona rəhbərlik edir. O, bundan əvvəl 6 il Samux rayonunun, 2 il isə Göygöl rayonunun icra başçısı olub. İnternet ressursları Vilyam Hacıyev barəsində yazılan tənqidi materiallarla zəngindir.

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Onunla bağlı da şikayətlərin çox olduğu bildirlir.

Sabunçunun icra başçısı artıq 7 ildir bu rayonda rəhbərdir. Adil Vəliyev də rayonda narazılığa səbəb olan fəaliyyətinə görə medianın “ulduzuna” çevrilib. 

Tərtərin icra başçısı Müstəqim Məmmədov2014-cü ildən, Ucarın icra başçısı Mənsur Məmmədov isə 2015-ci ildən bu vəzifədədir. Onlar da əhalinin narazılıq etdiyi icra başçıları kateqoriyasına daxildir. Hər halda internet resurslarında onlar barəsində mənfi materialların sayı digərlərindən az deyil və yazılanların heç biri təkzib olunmayıb. Mənsur Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar