Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhali kredit kartlarından imtina edir? - Azalma 100 min ədədə yaxınlaşdı...

Kredit kartları banklara sərf etmir, yoxsa əhali bu kartlardan imtina edir?..

Bank üzrə mütəxəssis: “İndi də banklar tərəfindən yalnız o şəxslərə xarici valyutada kredit verilir ki, onların gəliri xarici valyutayladır, yaxud da onların bankda xarici valyutada əmanəti var. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir məhdudiyyət qoyub”.

Əslində kredit kartları elə kreditdir. Yəni kredit kartları kredit vəsaitlərindən istifadə alətidir”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Azərbayacanda kredit kartlarının sayının sürətlə azalma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda kredit kartlarının sayı sürətlə azalır. Təkcə bu ilin 9 ayında kredit kartlarının sayında azalma yüz min ədədə yaxınlaşıb. 2014-ci ildə Azərbaycanda 1 milyon 302 min ədədə çatan kredit kartları devalvasiyadan sonra tədricən azalaraq 2019-cu ilin sentyabr ayına 760 minə düşüb.

Kredit kartları banklara sərf etmir, yoxsa əhali bu kartlardan imtina edir? Əhalinin kredit kartlarından imtinasının əsas səbəbləri hansılardır?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Devalvasiyadan sonra bankların əhaliyə kredit vermək imkanları azaldığı üçün kredit kartlarının sayı da azalmalı idi və azaldı”.

Kredit kartlarının adətən xarici valyutada olduğunu xatırladan bank üzrə mütəxəssis bildirib ki, çox insanlar o kartlardan Azərbayacanda deyil xaricə gedəndə istifadə edirdilər:

“Əslində kredit kartları elə kreditdir. Yəni kredit kartları kredit vəsaitlərindən istifadə alətidir. Təbii ki, devalvasiyadan sonra bankların əhaliyə kredit vermək imkanları azaldığı üçün kredit kartlarının sayı da azalmalı idi və azaldıBuna görə də bu məsələləri biri-birindən ayrı təhlil etmək olmaz.

Məsələnin digər tərəfi isə odur ki, kredit kartları adətən xarici valyutada olurdu. Çox insanlar o kartlardan Azərbayacanda deyil, xaricə gedəndə istifadə edirdilər. Yəni insanlar xaricdə olanda pul az olanda kredit kartlarından istifadə edirdilər. Azərbayacana gələndə isə həmin krediti ödəyirdi. İndi də banklar tərəfindən yalnız o şəxslərə xarici valyutada kredit verilir ki, onların gəliri xarici valyutayladır, yaxud da onların bankda xarici valyutada əmanəti var. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir məhdudiyyət qoyub.

Bütövlükdə Azərbayacanda banklar tərəfindən kredit vermə azaldığı üçün, əhalinin gəlirləri azaldığı üçün, problemli kreditlər çoxaldığı üçün banklar kredit vermir. Kredit kartları da bu səbəblərə görə azalıb”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar