Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Əgər ölkənin media sahəsində səliqə-sahman yoxdursa... - Şura sədri ittihamlara cavab verdi

"O zamankı müzakirələr ümumən jurnalistikamızda səliqə-sahman yaradılması istiqamətində gedirdi. Media təmsilçiləri üçün vahid press kartların verilməsi məsələsi də bu xüsusda aktuallaşdı. Dəqiq yadımda deyil, təklif kimin tərəfindən irəli sürülmüşdü. Hörmətli dostumuz, təcrübəli jurnalist Tahir Paşa 2002-ci ilə qayıdaraq özünü təşəbbüsün müəllifi elan edir. Əgər belədirsə, mən ona gec də olsa, təşəkkürümü bildirirəm. Həqiqətən olduqca vacib məqama diqqət yetirib".

PİA.az.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qazi jurnalist Tahir Paşanın vahid press kartla bağlı səsləndirdiyi ittihamlara cavab verərkən bildirib.

O qeyd edib ki, Mətbuat Şurası 2003-cü ildə yarananda bu məsələ qaldırılıb:

"Uzun müddət də gündəmdə oldu. Hətta o vaxt Mətbuat Şurasının vahid press-kartlarını bir sıra redaktorlara təqdim etdik. Elə redaksiyalar oldu ki, onların əməkdaşlarına da press-kartlar verdik. Növbəti mərhələdə həmin kartları daşıyan şəxslər üçün imtiyazlar üzərinə də gəlməyi düşündük. Deyək ki, Türkiyədəki kimi nəqliyyatdan pulsuz istifadə və sair. Lakin ortaya problemlər çıxdı. Gördük ki, əksər KİV-lərdə əmək müqaviləsi yoxdur. Elə indi də demək olmaz ki, bu sahədə nizam-intizam var. Jurnalist adına iddia edənlərin sayının da həddən artıq çoxluğunu müşahidə etdik. Bu durumda prosesi davam etdirmək istər-istəməz ədalətsiz yanaşmalara səbəb ola bilərdi. Yeri gəlmişkən, onu da deyim ki, Mətbuat Şurası yarananda avtomobillərin press-kartlarla təmin olunması təşəbbüsünü də irəli sürmüşdü. Türkiyədən kartlar da sifariş etdik, bir sıra KİV-lərə verildi. Hətta biz o vaxt məsələni Daxili İşlər Nazirliyi ilə də müzakirəyə çıxardıq. Razılıq aldıq. Lakin sonradan gördük ki, avtomobillərin heç də hamısı redaksiyaların balansında deyil. Bir çox hallarda KİV rəhbərlərinin həmin avtomobillərin redaksiyalar üçün istifadə edildiyinin təsdiqləndiyi məktublarla kifayətləndik. Söhbət şəxsi avtomobillərdən gedirdi".

Şura sədri hər bir halda istər jurnalistlərin, istərsə də redaksiyalar üçün avtomobillərin press-kartlarla təmin edilməsinə geniş yanaşılmasının tərəfdarı olduğunu dilə gətirib:

"Burada məsələ yalnız press-kart məsələsi olmamalıdır. Əvvəldə dediyim kimi, ümumən media məkanımızda səliqə-sahmanın yaradılması əsasdır. Əgər o səliqə-sahman yaranacaqsa, press-kartlarla təminat onun tərkibində yer alacaq. Məsələn, Mətbuat Şurası vahid KİV bankının yaradılması ideyasını irəli sürmüşdü. Bu sistem müvafiq dövlət qurumlarının bazasına inteqrasiya olunmuş bir sistem olmalı idi. Yəni ona baxanda biz dəqiq biləcəkdik ki, ölkədə neçə jurnalist var, onlar hansı KİV-də çalışırlar, nə qədər əmək haqqı alırlar və sair. Digər tərəfdən, indiki dövrdə jurnalist fəaliyyəti belə demək mümkünsə, diferensiallaşıb. Şərt o deyil ki, sən hansısa KİV-də çalışasan ki, jurnalist olasan. Blogerlik, frilanserlik yaranıb. Bütün bunlar KİV haqqında qanunvericiliyə də yenidən baxılmasını aktuallaşdırır. Hansı ki, son günlər məsələ bütövlükdə media sahəsindəki islahatlar kontekstində gündəmə gəlir. Bəli, islahatlar getməlidir. İslahatlara həm də informasiya təhlükəsizliyimizin təmin edilməsi baxımından ciddi ehtiyac var. Əgər bir ölkədə media sahəsində səliqə-sahman yoxdursa, xəbər yayıcısının kimliyi bilinmirsə, orada informasiya təhlükəsizliyinə istər-istəməz təhlükə yaranır. Bütün bu amillər nəzərə alınmalıdır. Nəzərə alınacağı və işlək sistemin tətbiq ediləcəyi təqdirdə digər məsələlərə də aydınlıq gələcək. O cümlədən press-kartlarla bağlı məsələyə".

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Ən çox oxunanalar