Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər belə olsaydı indi azərbaycanlılar Stepanakertdə (Xankəndi) çay içirdi...”

Ötən gün sentyabrın 17-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Yerevan məhkəməsində çıxışı zamanı “azərbaycanlıların Stepanakertdə (Xankəndi) çay içməsi” təhlükəsi haqda danışıb...

Vəkillər Köçəryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda növbəti vəsadət qaldırıblar. Prokuror isə Köçəryanın qaçıb məhkəmədən yayına biləcəyini əsas gətirərək bu vəsadəti təmin etməyib.

Bu zaman Robert Köçəryan deyib: “Yəqin prokurorlara bunu başa düşmək çətindir ki, mən qaçıb gizlənən, istintaqdan yayınan adam deyiləm. Əgər belə olsaydı indi azərbaycanlılar Stepanakertdə (Xankəndi,-red) çay içirdilər”.

Köçəryanın bu sözlərinə Şuşanın işğalı əməliyyatına başçılıq etmiş general, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan münasibət bildirib. Onun dediklərini “şişirtmə” adlandırıb.

“Əlbətdə, axı Köçəryan ona xas manerada qələbədəki rolunu şişirdir. Bu qələbə ümumi işimizdir, ümumi kollektiv töhfədir. Köçəryan tək orada heç nəyi həll etməyib. Və heç kim həll etməyin, heç kim o vaxt təkbaşına qərar verməyib. Nəticədə o dünən məhkəmədə müharibədəki rolu barədə həmin sözləri deməməliydi”,-o bildirib.

Ter-Tadevosyana görə Köçəryanın “müəyyən xidmətləri” əlbətdə ki, var. Yəni “Qrad” atəşləri altında Xankəndində olmaq elə döyüş əməliyyatlarında iştirak kimidir. Ona görə də həmin günlər Qarabağda olanların hamısı bu və ya digər formada hərbi əməliyyatlarda iştirak etmiş sayılır.

“Köçəryanın belə bəyanatları onun indiki vəziyyətindən irəli gəlir. Hesab edirəm ki, belə bəyanatlar yolverilməz olsa da bu halda onu bağışlamaq olar”,-Ter-Tadevosyan əlavə edib.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar