Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər Azərbaycan Amnesty İnternational təşkilatını narahat edirsə,...” - Politoloqdan təşkilata cavab

Politoloq: “Azərbaycan öz haqqı olan UEFA Çempionlar Liqasını Bakıda çox yüksək səviyyədə keçirəcək”

“Əgər Azərbaycan Amnesty İnternational təşkilatını narahat edirsə, bu zaman 1 milyon qaçqın və məcburi köçkün məsələsi onu narahat etsin. Bu günə qədər çadrlarda böyüyən körpə Qarabağlı azərbaycanlıların taleyi həmin təşkilatı narahat etsin”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Amnesty İnternational təşkilatının Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləməsini PİA.az-a şərh edərkən qeyd edib.

Amnesty İnternational təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

UEFA Çempionlar Liqasının Bakıda keçirilməsi niyə bir çox beynəlxalq təşkilatları belə narahat edir?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Niyə Amnesty İnternational təşkilatı ermənilərin cinayətlərinə göz yumur? Niyə Amnesty İnternational təşkilatı bu gün Ermənistanda baş verən hüquqi sahədəki zorakılığa, siyasi hakimiyyətin məhkəmələrə göstərdiyi təzyiqə göz yumur?”.

Əgər Amnesty İnternational təşkilatını insanların hüquqlarının qorunması məsələsi narahat edirsə, bu zaman həmin təşkilatın müəyyən dövlətlərə ikili yanaşmasının, ikili standartlardan istifadə etməsinin olmamalı olduğunu vurğulayan Politoloqlar Klubunun rəhbəri PİA.az-a açıqlamaslnda əlavə edib ki, bu ölkələr bir kənarda dayanıb, Amnesty İnternational təşkilatı Azərbaycanla məşğuldur:

“Göründüyü kimi Azərbaycanda növbəti yarış ərəfəsində müəyyən beynəlxalq qruplar Azərbaycana qarşı anti-Azərbaycan siyasəti yürütməyə başlayıb. Baxmayaraq ki, futbol dostluq oyunudur və futbol insanları birləşdirir. Amma Amnesty İnternational kimi təşkilatlar əllərinə düşən hər fürsəti istifadə edirlər.

Məlumdur ki, bu gün Avropa siyasi cəhətdən genişlənməkdədir və təbii ki, siyasi coğrafiya genişləndikcə müxtəlif idman yarışları, yaxud da istər Eurovision, istər UEFA Çempionlar Liqası ayrı-ayrı ölkələrdə keçirilməkdədir. UEFA Çempionlar Liqasının Türkiyə və Ukraynada keçirilməsi də buna əyanı misaldır. Bu dəfə də növbə Bakının idi. Təbii ki, UEFA-nın əsas istəyi futbolun coğrafiyasının genişlənməsidir və UEFA bunu çox düzgün şəkildə etdi. Biz də Azərbaycana qarşı suni ajiotaj görmüş olduq.

Zaur Məmmədov: “İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməməsindən ajiotaj yaratmağa heç bir ehtiyac yoxdur”.

Əgər Amnesty İnternational təşkilatını insanların hüquqlarının qorunması məsələsi narahat edirsə, bu zaman həmin təşkilat müəyyən dövlətlərə ikili yanaşmamalıdır, ikili standartlardan istifadə etməməlidir. Biz bu ölkələri bilirik ki, ayrı-ayrı regionlarda, hətta komendat saatının olması, müxtəlif ölkələrdə etnik qruplara qarşı zor tətbiq etmələr də var. Lakin bu ölkələr bir kənarda dayanıb, Amnesty İnternational təşkilatı Azərbaycanla məşğuldur. Əgər Azərbaycan Amnesty İnternational təşkilatını narahat edirsə, bu zaman 1 milyon qaçqın və məcburi köçkün məsələsi onu narahat etsin. Bu günə qədər çadrlarda böyüyən körpə Qarabağlı azərbaycanlıların taleyi həmin təşkilatı narahat etsin.

Həmçinin Xocalıda və digər bölgələrdə ermənilərin kişilərin olmadığı kəndlərə, rayonlara hücum etməsi nəticəsində qadınların və uşaqların qətlə yetirilmələri, zorlanmaları onları narahat etsin. Niyə Amnesty İnternational təşkilatı ermənilərin cinayətlərinə göz yumur? Niyə Amnesty İnternational təşkilatı bu gün Ermənistanda baş verən hüquqi sahədəki zorakılığa, siyasi hakimiyyətin məhkəmələrə göstərdiyi təzyiqə göz yumur?

Amnesty İnternational təşkilatı öz saytlarında yazıb ki, bu gün onların əsas məramı dövlətlərdən və siyasi hakimiyyətlərdən asılı olmamaqdır. Ona görə onlar dövlətlərdən heç bir yardım almırlar. Guya onlar könüllü ianələr alırlar. Bu könüllü ianələri verənlər isə müxtəlif dövlət təşkilat orqanlarıdır. Həmin dövlət təşkilatlarının məqsədinin də nə olduğunu hamı çox yaxşı bilir. Yəni küləyin hansı tərəfdən gəldiyi bizə çox yaxşı məlumdur.

Zaur Məmmədov: “Küləyin hansı tərəfdən gəldiyi bizə çox yaxşı məlumdur”.

Azərbaycan öz haqqı olan UEFA Çempionlar LiqasıBakıda çox yüksək səviyyədə keçirəcək. Bakı hər zaman tolerantlılığın, multikulturalizmin mərkəzi hesab olunur. Bundan əvvəl də erməni iştirakçıları Azərbaycanda iştirak edirdilər. Bu dəfə də iştirak edəcəklər. İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməməsindən ajiotaj yaratmağa heç bir ehtiyac yoxdur. Əgər “Arsenal” klubu öz futbolçusunu oradan başqa yerə göndərmək istəyirsə və onun qiymətini artırmaq istəyirsə, bu zaman özü bilir. Lakin çirkin siyasətdən istifadə etmək yol verilməzdir.

Bakının Londondan uzaqda yerləşməsi, Mxitaryanın Bakıya gəlməməsi Azərbaycanın problemi deyil. Mxitaryana təhlükəsizlik üzrə bütün qarantilər verilir. Amma onun Bakıya gələn üzəyi yoxdursa, bu da onun problemidir.

Yolun uzaq olması, biletin baha olması kimi məsələlər haqında deyə bilərəm ki, Bakıdan da Londondakı Olimpiadaya getmək üçün bilet ucuz deyil və çoxlu saat tələb olunur. Yəni eyni problemi ilə Şərq ölkələri Londona gedərkən rastlaşır. Bu açıq-aşkar ingilis eqoizmidir. Onlar ingilis eqo-sentrliklərini göstərmiş olurlar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar