Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Əfv alveri” ilə məşğul olan keçmiş deputat kimdir? – Əqrəblər Ukraynadakı səfirimiz Elmira Axundovanı göstərir

“Mən bilirəm ki, Elmira Axundova nəyin müqabilində bunu edir”

Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqda sensasiyalı ittiham irəli sürüb. O, parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb. Doğrudan da əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına Komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb...

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat, həm də ona konkret faktın məlum olduğunu deyir. Elman Nəsirov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən gedir. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Bundan sonra mətbuatda şübhəlilərin siyahısı yayılıb. Elman Nəsirov həmin deputatın artıq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır - Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova.

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham adıçəkilən deputatlardan birinə ünvanlanıb. Həmin deputat kimdir?

Məlahət İbrahimqızı Elman Nəsirovu konkret ad çəkməyə çağırıb. Səttar Mehbalıyevlə Bəxtiyar Əliyev bu gün də deputatdırlar və Elman Nəsirovun eks deputat fikirlərinin altına düşmürlər. Məlahət İbrahimqızı ittihamlara cavab verib və özünün bu məsələyə aidiyyatını təkzib edib. Elmira Axundova isə susur.

Elmira Axundova 1995-ci ildən 2020-ci ilə qədər Əfv Komissiyasının üzvü olub. O, Ramiz Mehdiyevin rəhbərlik etdiyi komissiyada təmsil olunduğu dövrdə deputat Qüdrət Həsənquliyev olduqca ciddi ittiham səsləndirmişdi.

Deputatın dediklərindən sitat:

“Qardaşım Nadir Həsənquliyev sifarişlə qətlə yetirilib və üç övladı, ailəsi başsız qalıb. Mənim qardaşımı sifarişlə qətlə yetiriblər. Elmira Axundova Əfv Komssiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Axı o da anadır. Mən bilirəm ki, Elmira Axundova nəyin müqabilində bunu edir. Bu adam nə Əfv Komissiyasına üzv olmağa, nə də Milli Məclisdə oturmağa layiqdir”.

Xatırladaq ki, hələlik Elman Nəsirovun fikirlərinə yalnız Məlahət İbrahimqızı reaksiya verib. “Əgər faktı bilirsə, beləsi varsa və adını bilirsə, o millət vəkilinin adını çəkməlidir. Çünki Əfv Komissiyasına təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir”.

Qeyd edək ki, Elman Nəsirovun irəli sürdüyü ittiham həm də hüquqi məsuliyyət yaradır. Belə məlum olur ki, Prezidentə təqdim olunan siyahılara subyektiv maraqlardan dolayı adlar da daxil edilib. Yəni, əfvə düşməli olanların əvəzinə bir başqası siyahıya salınaraq, azadlığa buraxılması təmin edilib.

Buna görə də Baş Prokurorluğun Elman Nəsirovun açıqlaması ilə bağlı araşdırma aparacağı istisna olunmur.(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Putin: “Azərbaycan deyir ki, əzəli torpağı olan 7 rayonu qaytarmaq hüququ var”

loading...

Ən çox oxunanalar