Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsi İstiqlal Muzeyində anıldı - Fotolar  

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 11 avqust 2020 – ci il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 18 sentyabr 2020 – ci ildə Zoom internet proqramı üzərindən online tədbir – sərgi keçirilib.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Tədbiri çıxış sözü ilə Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli İkinci Dünya müharibəsində Azərbaycanın rolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra Fransada yaşayan əslən azərbaycanlı yazıçı, tərcüməçi Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir Ömür İki Tale” kitabının müəllifi Şahin Sinaria tədbirdə çıxış edərək kitab haqqında online tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirə Şəki şəhərindən qoşulmuş qəhrəmanın oğlu Cavanşir Cəbrayılov atasının döyüş yolu, həyatı və fəaliyyəti haqqında xatirələrini bölüşdü.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibəti ilə 7-17 yaşlı məktəblilər üçün elan olunmuş rəsm müsabiqəsinin qalibləri 1 – ci yer Qasımov Əli, 2- ci yerin qalibi Eyvazova Xumar, 3- cü yerin qalibi Məmmədova Nihad elan olundu. .
Sonda tamaşaçılar online sərgidə Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyətini əks etdirən “Əfsanəvi Partizan” adlı sərgi ilə tanış oldular.
Online tədbir – sərgidə UAFA Azərbaycanın üzvləri, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları, Xətai rayonu 265 nömrəli tam orta məktəbin, Tovuz rayonu Nəsrəddin Tusi adına tam orta məktəbin, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri, müəllimləri və doun sindromlu gənclər iştirak etdilər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Türk “F-16”-ları xarici mətbuatın “qarın ağrısı”na çevrilib

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi kəskin tənqid olunur

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

loading...

Ən çox oxunanalar