Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi basketbolçu ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə - Foto

Mediada Kobenin çirkin əməli müzakirə edilib...

Əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızı Jannanın öldüyü faciə ilə əlaqədar bütün dünya kədərlənsə də, sosial mediada bəziləri RİP imzaları olan cənazə şamları yerinə 2003-cü ildə Kobe'nin təcavüzdə ittiham edildiyini ifadə edən məqalələri paylaşırlar.

Oxu.Az xəbər verir ki, əfsanəvi idmançının həyatındakı bir neçə qalmaqallı hekayədən biri “Washington Post” qəzetinin jurnalisti Felisia Sonmez tərəfindən xatırlanıb.

Media işçisi dünya miqyasında kədərin səngiməyini gözləmədən Kobenin çirkin əməlini ortalığa çıxarıb.

Felisia Brayantın ölüm xəbərindən bir neçə saat sonra, 2016-cı ildə edilmiş araşdırmanı şəxsi “Twitter” hesabında paylaşaraq, gündəmə ilgic iddia ilə düşüb.

Jurnalistin işlədiyi informasiya agentliyinin rəhbərliyi paylaşılan məlumatı ədəbsiz sayaraq Sonmezi bir müddətlik işdən kənarlaşdırıb.

17 il öncə baş vermiş zorlama hadisəsinə inanlar isə onu öz hesablarında yayımlayaraq jurnalistə haqq qazandırıblar.

2003-cü ildə otel qulluqçularından biri olan Keytlin Feber o zaman 25 yaşlı Brayantı təcavüzdə ittiham etmişdi. Qızın sözlərinə görə, təcavüz basketbolçunun yaşadığı otaqda baş verib. Feber təcavüz hadisəsindən sonra boyük sarsıntı keçirdiyini bildirmişdi.

Məhkəmədə isə Kobe Keytlinin öz istəyi ilə onunla cinsi əlaqədə olmasını iddia etmiş, lakin hakimlər Brayanta deyil, Feberə haqq qazandırmışdı. Nəticədə NBA ulduzu qıza 5 milyon dollar kompensasiya ödəməyə məcbur qalmışdı.

Qeyd edək ki, əfsanəvi basketbolçu K.Brayant və 13 yaşlı qızı Janna-Mariya Kaliforniyada baş verən helikopter qəzasında həlak olublar.

pia.az


Etiket: Kobe

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar