Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal "Taliban" hərəkatının yaraqlıları ilə toqquşmalarda azı 15 polis əməkdaşı ölüb...
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Taliban" yaraqlıları bu səhər Əliabad rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum edib. Səkkiz yaraqlının məhv edildiyi qeyd olunur.
pia.az