Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstan müharibəsi hələ bitmiş sayılmır - Sülh hər şeyi həll etməyə bilər...

Əfqanıstandakı müharibə yaxın zamanlarda bitə bilər. Lakin radikal qrupları sakit saxlamaq üçün təkcə sülh görüşləri kifayət deyil

Borzou DARAGAHİ
“The Independent” qəzeti, ABŞ, 4 sentyabr 2019-cu il

İŞİD hələlik məhdud vəziyyətdə olsa belə, onun hələ də hökümət nəzarətindəki bölgəyə hücum etmək gücü var və yeni əfqan hökümətinin də quyusunu qaza bilər.

ABŞ-ın 14 ildir Əfqanıstanı işğal etməsindən ən çox qadınlar və uşaqlar zərər çəkib.

ABŞ bu həftə bir addım daha ataraq Talibanla 18 ildir davam edən müharibəni bitirmək üçün müharibədən zərər çəkmiş ölkələrdə bu qrupun yayılmasının qarşısını almağı şərt kimi qoyub.

ABŞ Baş Qərargah sədri general Cozef F. Danford keçən çərşənbə günü keçirilən brifinqdə Vaşinqtonun Əfqanıstandakı 2 əsas hədəfini açıqlayıb.

“Birincisi, Əfqanıstanın ölkəmizi təhdid edən bir sığınacaq halına gəlməsini istəmirik. Amerika xalqı və müttəfiqlərimiz də təhdid oluna bilər. İkincisi isə Əfqanıstanda əfqan xalqı üçün sülh və sabitlik istəyirik”.

Lakin əfqan xalqının rifahı və ölkənin yenidən beynəlxalq terror mərkəzinə çevrilmə ehtimalı paralel şəkildə davam edir. Donald Tramp adminstrasiyası isə - ABŞ-ı müharibələrdən xilas etmək vədini tezliklə yerinə yetirmək üçün – hər iki məqsədi sabotaj etməklə kifayətlənə bilər.

Taliban son günlərdə ABŞ-ın özəl nümayəndəsi, əfqan əsilli və təcrübəli bir diplomat olan Zalmay Xəlilzadla görüşüb. Pentaqonda aylar sonra ilk dəfə keçirilən mətbuat konfransında yeni Müdafiə naziri Mayk Espinin yanında çıxış edən general Danford bildirib ki, Talibanla imzalanacaq müqavilə əfqan höküməti ilə əlaqədar olacaq.

Lakin bir çox əfqan müşahidəçi İŞİD-dən sonra ən qanlı terror qruplaşması olan Talibanın hər hansı bir müqaviləyə əməl edəcəyinə inanmır. Taliban müzakirəçiləri iki il ərzində 14 min ABŞ əsgərini Əfqanıstandan çıxaracaq 2 illik bir razılaşma əldə edə bildi. Tramp keçən həftə İngiltərə də daxil olmaqla, əfqan qüvvələrinə göstəriş verərək Amerika müttəfiqlərinə və əfqanlara təminat verib ki, əgər geri çəkilmək zərurəti yaransa, 8600 nəfərlik qüvvə orada qalmağa davam edəcək. Həmin vaxtı da üsyançılar ölkənin qərbində tələyə saldıqları hökümət tərəfdaşı olan milislərdən 14-nü öldürüblər.

Kabil və digər paytaxtlardakı bir çox insan da qorxur ki, riskli prezident seçkilərinə başı qarışan Vaşinqton Əfqanıstanla uzun çəkən ortaqlığı bir tərəfə atıb, əldə edilən iqtisadi və sosial uğurları tərsinə çevirər və Talibanı yenidən qadınların və dini azlıqların üstünə göndərər.

Kral ordusunda çalışmış general-mayor və Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun çoxdankı üzvlərindən olan Ben Berri qeyd edir: “Əfqan hökümətini ən çox narahat edən məsələ isə ABŞ-ın eynilə Cənubi Vyetnamda olduğu kimi, əfqan hökümətini də tək qoymasıdır.

Keçən il Pentaqonun təxminlərinə görə, Vaşinqton Əfqanıstandakı müharibə üçün ildə təxminən 45 milyard dollar xərcləyib və amerikalılar sonu gəlməyən toqquşmalardan artıq beziblər.

Əfqanıstan müharibəsində İŞİD-ə olan bağlılığını elan edən köhnə Taliban əsgərləri və gənc cihadçılardan ibarət yerli qruplar iştirak etdikdən sonra müharibə daha da qarışıq hala gəldi. ABŞ-ın Əfqanıstanda saxladığı 14 min əsgər hərbi bazanın bölgələrində ilişib qalıb və ölkədəki sabitliyi çətinliklə təmin edir.

Yenə də ABŞ-ın Əfqanıstandakı sərmayəsi boş-boşuna deyildi. Uzun illər dünyanın ən kasıb bölgələrindən biri olan ölkə 19 il əvvəl ABŞ-ın işğalından bu vaxta qədər ciddi şəkildə inkişaf etdi.

Əfqan qadınlarının, həzara kimi dini və etnik qrupların mübarizəsi və uğurları səs gətirmiş olsa da, vəziyyət belə deyil. ABŞ və müttəfiqi olan əfqan milisləri 2001-ci ildə Taliban hökümətini devirən zaman Kabil şəhəri dağılmış, şəhər betonlar altında qalmışdı. Yoxsul ailələr dağılmış evlərdə yaşayır, çılpaq ayaqlı insanlar zibillikləri qarışdırırdı. İndi isə bu ərazi ticarətin və həyatın qaynadığı böyük bir şəhərə çevrilib.

Şəhərləri bir-birinə bağlayan torpaqlı yollar asfaltlandıqdan sonra səyahət etmək daha da sürətlənib və iş həyatı canlanıb. Berri bir çox yeniliklər barədə danışıb: “Dəyişikliklərdən biri qadınların roludur. Böyük irəliləyişlər əldə olunub və Əfqanıstanda şəhərləşmə işləri güclənib. Kabil və Qəndəhar böyüyüb”.

ABŞ-ın planlarından biri də odur ki, Əfqanıstanda cihadçı təhdidlərə qarşı terrorla mübarizə qüvvəsi buraxsın. Lakin ABŞ qoşunları ölkədən getdikdən sonra kəşfiyyat məqsədilə hazırlanmış pilotsuz uçuş aparatı, hava hücumlarının və Xüsusi Qüvvələrin komandirlərinin edə biləcəyi heç nə qalmayıb.

Razılaşmaya zərər verəcək çoxlu ehtimallar var. Məsələn, ABŞ-lı nümayəndələri narahat edən bir məsələ budur ki, nəzarət altındakı müharibə liderləri güc toplayıb yenidən xaos yarada bilər.

Məğlub olmuş Taliban üzvlərinin İŞİD sıralarına qoşulduğunu göstərən sübutlar indidən göz önündədir və bu qrup daha da parçalanaraq razılaşmanı məhv edə bilər.

İŞİD hələlik məhdud vəziyyətdə olsa belə, hələ də hökümət nəzarətindəki bölgəyə hücum etmək gücü var və yeni əfqan hökümətinin də quyusunu qaza bilər.

Pakistanla Hindistan arasında yüksələn gərginlik indiki Əfqanıstanı müharibə meydanına çevirə bilər. Bu durum müzakirələrdə çətinliklə əldə edilən razılıqları alt-üst edə bilər və nəticədə, Talibanın qrupları bu iki nüvə qüvvəsi arasında “troll”luq edə bilər.

Əfqanlar ölkələrinin başına gələcək hadisələri oturub kənardan izləmirlər. Onlar öz səslərini ölkəni tərk edərək və ya ölkədə qalaraq verirlər. Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirir ki, Avropaya keçmək üçün Türkiyəyə gedən əfqanıstanlı köçkünlərin sayında ciddi artım var. Hökümət bu il ərzində 32 min köçkünü ölkədən çıxarıb. Keçən il bu say 22 min idi.

Baş vermiş hadisələr nəticəsində yaşadıqları əraziləri tərk etməli olan qaçqınlar Kabildəki bir toyda baş verən dəhşətli hücuma bənzər hadisələrin çoxalması məsələsində narahatdırlar. Lakin eyni zamanda, başa düşürlər ki, Taliban hakimiyyətə gəlsə, bu vəziyyət onların ailələri üçün daha ciddi təhlükə törədəcək.

Doğurdan da, pərən-pərən salınmış bu qaçqınlar potensial olaraq ölkədə birlik yarada və ABŞ-ın “qorxduğu” radikal qruplara qarşı da öz vətənlərini qoruya bilərlər. Söhbət Əfqanıstanda olan təhsilli və uğurlu əfqanlardan gedir ki, onlar ölkənin rifahını arzulayır və elə radikal qruplara qarşı Əfqanıstanın müdafiə edilməsi üçün ən böyük qüvvədirlər.

Orijinal

Tərcümə PİA.az-ındır

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar