Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əfqan Muxtarlının azadlığa buraxılması üçün Prezidentə müraciət edilib

Bir qrup QHT və hüquq müdafiəçisi Prezidentə müraciət edib...

Azərbaycanın bir qrup hüquq müdafiəçisi Prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş edib.

Bu barədə APA-ya “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əlməməd Nuriyev məlumat verib.

O bildirib ki, müraciət Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platformasının adından edilib.

Müraciətdə jurnalist Ə. Muxtarlının səhhətində ciddi problem olduğu bildirilib, bunun nəzərə alınması, onun müvafiq tibb müəssisələrində müalicəsi üçün ən qısa zamanda azadlığa buraxılması xahiş olunub.

Qeyd edək ki, ötən gün bir qrup jurnalist də Əfqan Muxtarlının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirləndirilən Ə. Qafarlı 2017-ci ildə həbs edilib. Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar