Çərşənbə axşamı, 12 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əflatun Amaşov ölkə başçısına təşəkkür etdi

“Azərbaycan jurnalistləri Azərbaycan prezidentinin köməkçiləridir”...

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib. Qəbul zamanı Azərbaycan mediası ilə bağlı müsbət fikirlər səsləndirən ölkə başçısı, bəzi məsələlər haqqında məhz medianın vasitəsi ilə məlumat aldığını bildirib, media təmsilçilərini bir daha öz köməkçiləri adlandırıb.

Ölkə başçısının media haqqında səsləndirdiyi fikirlər Azərbaycan mediasının fəaliyyətinə verilən ən yüksək qiymət hesab oluna bilərmi? Bu yanaşmanın özünü medianın öz işinin öhdəsindən müvəffəqiyyətlə gəlməsinin isbatı kimi qiymətləndirmək mümkündürmü?

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin əməyinə verdiyi yüksək qiymətə görə ölkə başçısına təşəkkür edib:

“Xatırladım ki, Azərbaycan jurnalistləri ilə ölkə başçısının görüşü zamanı da ölkə başçısı jurnalistlərimizin əməyinə böyük qiymət verdi və həmin görüşdə də bildirdi ki, o, bir sıra məsələlərlə bağlı informasiyanı məhz media vasitəsi ilə əldə edir. Cənab prezidentin bu gün söylədiyi fikirlər də onun Azərbaycan mediasına verdiyi çox böyük bir qiymətdir. Mən Azərbaycan jurnalistləri adından cənab prezidentə öz təşəkkürümü bildirirəm.

Azərbaycan jurnalistikası ölkədə baş verən olayları obyektiv şəkildə əks etdirməyə səy göstərir və əsasən obyektiv işıqlandırır. Ictimaiyyət də məhz media vasitəsi ilə baş verənlər haqqında obyektiv informasiya alır. Bu baxımdan Azərbaycan jurnalistləri Azərbaycan prezidentinin köməkçiləridir.

Başqa bir məqama da toxunmaq istərdim. Son vaxtlar bir sıra vəzifəli şəxslər yaş həddi ilə əlaqədar olaraq tutduqları vəzifədən istefa veriblər. Çox təəssüf ki, baş verən bu proseslər fonunda həmin şəxslərlə bağlı sosial şəbəkələrdə bəzi hallarda aşağılayıcı məlumatlar yayılır. Cənab prezident də öz çıxşında vurğuladı ki, bu, bizim mili-mənəvi dəyərlərimizə ziddir. Əlbəttə, gənc nəsil öz təcrübəsini yaşlı nəsildən öyrənir. Bu səbəbdən də gənclər yaşlı nəslin fəaliyyəti ilə bağlı nə qədər geniş məlumata malik olsalar, bir o qədər çox təcrübə əldə etmiş olarlar. Yəni ortada nəsillər arsındakı bir bağ var.

Bu gün yaş amilinə görə vəzifədən uzaqlaşan elə insanlar var ki, onlar Azərbaycanın ən çətin vaxtlarında Heydər Əliyevin yanında olublar. Bunlardan biri də Xaçmazın sabiq icra başçısı

Şəmsəddin Xanbabayev. O, illər uzunu Heydər Əliyevin ideyalarını həyata keçirib. Uzun müddət Xaçmazda icra başçısı kimi fəaliyyət göstərib. Onun Xaçmazın inkişafında, abadlaşdırılmasında kifayət qədər töhfəsi var. Indi yaş həddi ilə əlaqədar olaraq işdən ayrılan bu şəxs haqqında da sosial şəbəkələrdə xoş olmayan fikirlərin səslənməsi mili mənəvi dəyərlərimizə ziddir. Hesab edirəm ki, bu kimi məsəllərdə diqqətli və həssas olmağa ehtiyac var”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar