Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏDV ləğv olundu: Ət ucuzlaşacaq yoxsa bahalaşacaq?

Heyvan və quş yemlərinin əlavə dəyər vergisindən azad edilməsi daxili istehsala və bazara necə təsir edəcək? Qiymətlərin aşağı düşməsi gözlənilirmi?

İqtisadçı: “Əhalinin istehlak etdiyi ətin qiymətinin qalxması müşahidə oluna bilər”

“Dəyər vergisindən azad edilmə dükanlarda satılan yerli heyvan ətlərinin qiymətinə təsir etməyəcəkdir”.

Bu sözləri iqtisadçı İlham Əzizov Azərbaycanda heyvan ətinin satışının əlavə dəyər vergisindən azad edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Gələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.

Heyvan və quş yemlərinin əlavə dəyər vergisindən azad edilməsi daxili istehsala və bazara necə təsir edəcək? Qiymətlərin aşağı düşməsi gözlənilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Ət istehlakı başqa ölkərlə müqayisədə hələlik az olduğundan bu məhsulların təlabatı artım tempin qoruyur”.

Ətin dəyər vergisindən azad olmasının əsasən xaricdən gətirilən ət və ət məhsullarına aid olduğunu nəzərə çatdıran iqtisadçı əlavə edib ki, bu məhsulların əsas alıcısı dövlət təşkilatları və əsasən ordudur. Odur ki, dəyər vergisindən azad edilmə bu məhsulların qiymətinə təsir edəcək:

Azərbaycanda heyvan ətinə edilən vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil. Bu dəyişiklik əsasən xaricdən gətirilən ət və ət məhsullarına aiddir. Bu məhsulların əsas alıcısı dövlət təşkilatları və əsasən ordudur. Odur ki, dəyər vergisindən azad edilmə bu məhsulların qiymətinə təsir edəcək.

Amma dəyər vergisindən azad edilmə dükanlarda satılan yerli heyvan ətlərinin qiymətinə təsir etməyəcək. Ət istehlakı başqa ölkərlə müqayisədə hələlik az olduğundan bu məhsulların təlabatı artım tempin qoruyur. Onu da qeyd edim ki, əhalinin istehlak etdiyi ətin qiymətinin əhalidə pul kütləsi artdıqca qalxması müşahidə oluna bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ət Vergi Qiymət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar