Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə Nazirliyi dəfnlərin vahid dövlət reyestrini aparacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də və 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.8-1-ci və 9.15-1-ci bəndlər əlavə edilir:

"8.8-1. dəfnlərin vahid dövlət reyestrini aparır;";

"9.15-1. dəfnlərin vahid dövlət reyestrinə ötürülən məlumatların tamlığına, həmin məlumatların müəyyən edilmiş müddətdə reyestrə ötürülməsinə nəzarəti həyata keçirmək;".

Bundan başqa, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:

2.1.9-cu hissəyə "184.1.4" rəqəmlərindən sonra ", 516-1.1, 516-1.3 (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə)" sözləri əlavə edilsin;

Aşağıdakı məzmunda 55-3-cü hissə əlavə ediir:

"55-3. Məcəllənin 516-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından - səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri.".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar