Bazar, 20 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ədalət Vəliyev generalla ordudakı vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupun görüşü təşkil olunub.

Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib.

Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daima yüksəldiyini bildirib.

İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb.

Tədbirdə Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub.

Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb.

Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbər

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? 

"İlk çipi də Azərbaycanda Alim Qasımova taxacaqlar” - Aqşin Yenisey

İlham Əliyev: “Özüm gedib baş çəkəcəyəm və baxacağam ki, göstərişlərim necə yerinə yetirilir”

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Foto

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - Video, Yenilənib 1

"Peyğəmbər" yoxsa "baş redaktor"? - Lənkəranda peyğəmbər olduğunu iddia edən gənc bibisini öldürdü - Video

Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

loading...

Ən çox oxunanalar