Bazar ertəsi, 01 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əbülfəs Qarayev vətəndaşların videoqəbulunu keçirib

Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb...

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.

Ə.Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronovirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.

Nazir bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirib. Ə.Qarayev belə tədbirlərin daha da inkişaf etdirilərək gələcəkdə davamlı həyata keçirilməsinin müasir dövrün tələbləri kimi dəyərləndirib.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi, “Bölgələrdə yaşayan tarix” adlı layihənin icrası, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması və muzeyin balansa götürülməsi, Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə yeni ştatların verilməsi, ixtisasartırma kurslarının onlayn təşkili barədə müraciətlər səsləndirilib.

Vətəndaşlar həmçinin mədəniyyət müəssisələrinin nəzdindəki biçmə-tikmə dərnəklərində tibbi maskaların hazırlanması, kreativ sənayenin inkişaf etdirilməsi və satışların həyata keçirilməsi üçün regional idarələrin əhatə etdiyi rayon və şəhərlərdə yerli icra hakimiyyət orqanları tərəfindən müəyyən yerlərin ayrılmasına dəstək göstərilməsi, kitabxana fondlarının ehtiyatlarının saytlarda nümayiş etdirilməsi məqsədilə proqram təminatı, kitabxanalarının müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Ə.Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi" - Fəzail Ağamalı

İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır

Tahir Məmmədov və komandasının korrupsiyası - Faktlar... Video

Spiker-dən YAP-çı depuata: "30 ildir niyə bu məsələni qaldırmırdınız?"

"Bir almaya satılan kişidən nə gözləyirsiz?"- Elza Seyidcahan

İcra başçısı müavinini işdən çıxardı - Foto

O “həzin musiqi səsi" hələ də qulağımda səslənir... - Əfsanə Kamilova  

Ölkədə koronavirusla bağlı son vəziyyət - TƏBİB

Yeni Baş Prokuror İsfəndiyar Axundova güzəşt tanımadı: iş adamı ilə bağlı araşdırma başlandı

loading...

Ən çox oxunanalar