Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev vətəndaşlar üçün növbəti videoqəbul keçirib

Aprelin 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı şəhəri üzrə vətəndaşlar üçün videoqəbul keçirib...

Növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Videoqəbulda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

Əbülfəs Qarayev əvvəlcə vətəndaşlara müraciət edərək bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.

Qəbul zamanı mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin təhsil ocaqları ilə əməkdaşlığı, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib, “Cəngi” estrada-folklor kollektivinə lazımi avadanlıqların, Bakı kamera orkestrinə səhnə geyimlərinin verilməsi xahiş olunub. Həmçinin musiqi və incəsənət məktəbləri şagirdlərinin hesabat konsertlərinin təşkili, tədris proqramları ilə bağlı müraciətlər, fəxri adların verilməsi və digər məsələlər haqqında xahişlər diqqətə çatdırılıb.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa görüşlərlə yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar