Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev mədəni istefa verməli idi

"Neft milyonlarının ölkəyə axdığı vaxtda mədəniyyət naziri olmağa nə vardı ki?"...

“Mədəniyyət Nazirliyinin aparıcı şəxslərinin həbsindən sonra Əbülfəz Qarayev özünü gülünc vəziyyətə qoyub həbsləri alqışlamaqdansa, an içində mədəni bir istefa verməli idi”.

PİA.az xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, neft milyonlarının ölkəyə axdığı vaxtda mədəniyyət naziri olmağa nə vardı ki? “Heç bir dəyər istehsal etmə, oturub ucu-bucağı görünməyən pulları kultur-multuralizm layihələrinə xərclə.

Milli-mədəni tərəqqi siyasətinin siması olmaq üçün Əbülfəz Qarayevin həyatda təhsildən tutmuş təcrübəyə qədər bütün sahələrdə bəxti gətirmişdi. Xarakterdən və görünür, ağıldan başqa. Onun nazirliyi 15 ildə ancaq rusdilli korrupsiyanın rəmzinə çevrildi. Rüşvətin rus, ingilis ya da öz dilimzdə danışılıb götürülməsi nə fərq edir ki?

Respublikaçı Alternativ builki seçki platformasının “Mədəniyyət” hissəsində “İSRAF”la mübarizəni əsas yerə qoyub:

“Mədəniyyət sahəsindəki istehlak və ona xidmət edən idxal son illər milli mədəniyyətin yüksəldilməsi məqsədindən çox dövlət vəsaitlərinin israfı və başqa qeyri-tərəqqipərvər əsaslar üzərində qurulmuşdur”.

İqtisadi vizyonu olmayan adamın bundan sonra o vəzifədə yeri olmamalıdır. REAL-ın hökuməti xərcləməklə yanaşı qazanmağın da yollarını mədəniyyət sahəsinə görüb-göstərən adamı bu vəzifəyə dəvət edəcək”. (Yeni Sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar