Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib

Mədəniyyət naziri Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Azərbaycan böyük şairi İmaməddin Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib

Nazir yaradıcı şəxslərə belə məsələlərə həssaslıqla yanaşmağı tövsiyyə edib.

O bildirib ki, nüfuzlu insanların, ədiblərin yaratdığı dahi əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlıdırlar, amma bu zaman keyfiyyətə ciddi nəzarət olmalıdır: "Hər bir insanın yaradıcılıq qabiliyyəti onun dünyagörüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur uğurlu alınır, bəziləri isə əksinə olur. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Ölkəmizin böyük tarixi, ədəbi, incəsənətlə bağlı olan mirası var. Bunun müasir şəkildə yeni formalarda təbliğinə maraqlıyıq. Amma yaradıcı insanlar bu işdə ciddi, məsuliyyətli olmalıdırlar".

Ə.Qarayev qeyd edib ki, televiziyalarda Bədii şuraların yaradılmasında maraqlıdırlar: "Heç olmasa bu işlərdə çərçivə müəyyən edilsin və ictimai nəzarət olsun. Çünki, Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə necə qadağa qoymaq olar. Yenə də deyirəm bu birbaşa insanların daxili mədəniyyətindən asılıdır".

Nazir böyük şair İmaməddin Nəsiminin məzarının Suriyanın Hələb şəhərindən Azərbaycana gətirilməsi ilə bağlı təkliflərə də münasibət bildirib: "Nəsiminin məzarınım yerləşdiyi yer müqəddəs hesab olunur. Biz vaxtı ilə həmin məzarın yenidən qurulması üçün müzakirələr aparmışdıq. Lakin oradakı toqquşmalar bu layihənin gerçəkləşməsinə imkan vermədi. Onun varisləri ilə ünsiyyəti hər zaman davam etdiririk".(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar