Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Fransa, Əlcəzair və İordaniyanın səfirləri ilə görüşüb

Fevralın 10-da Mədəniyyət naziri Əbülfəs Qarayev Fransa, Əlcəzair və İordaniyanın Azərbaycandakı səfirləri ilə görüşüb...

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Fransanın səfiri Zaxari Qross, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri xanım Səlimə Abdelhaq və İordaniya Haşimilər Krallığının səfiri Sami Abdullah Ğoşehi ilə keçirilən görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları, gələcək perspektivlər və həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb.

Nazir görüşlər zamanı qonaqları bu il Bakıda keçiriləcək VII Beynəlxalq Humanitar Forumda iştiraka dəvət edib. O, həmçinin hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıb, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, “Bakı Prosesi” artıq qlobal əhəmiyyətli platforma kimi BMT tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olunur. Nazir bu mötəbər tədbirdə də adıçəkilən ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar