Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbdülmehdi istefa verdi, amma İraqda etirazlar bitmir - Səbəb İran göstərilir...

Adil Əbdülmehdinin istefasına rəğmən, sakitləşməyən etirazçılar aksiyalara davam edərkən, İraqda yeni Baş nazirin seçilməsi üçün toplantılar keçirilir. İraq parlamentinin sabiq üzvü Dr. Ömər Əbdülsəttarın “İran çölə” şüarı isə hər şeyi izah edir...

Abdulhakim Günaydın
“The Independent” qəzeti, 2 dekabr 2019-cu il

İraqın baş naziri Adil Əbdülmehdi ötən həftənin sonlarında istefa verdiyini elan edib. Məclis Baş nazirin istefasını qəbul edib. Lakin İraqdakı etirazlar yenə də azalmayıb. İşsizlik, qanunsuzluq və ictimai xidmətlərin kifayətsiz olmması səbəbindən başlayan etirazlar hələ də davam edir.

İraqın Kərbəla və Nəcəf şəhərləri başda olmaqla, küçələrə çıxan etirazçılar aksiyalara davam edərkən siyasi arena canlanmağa başlayıb. Xüsusilə, İranın ölkədəki aktivliyi və Tehran dəstəkli milis qrupların fəaliyyəti diqqət çəkir.

İranın dini lideri Əli Xameneinin və İnqilab Keşikçilərinə bağlı olan Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin afişaları nümayişlərdə dəfələrlə yandırılıb.

Ölkədə geniş bir əhatəyə sahib olan şiə lideri Müktəda əs-Sədr isə koalisiya şəklində qurulacaq yeni hökümətdə yer almayacaqlarını elan edib.

İraq Kürdüstan Bölgəsinin rəhbəri Məsud Bərzani də keçən gün verdiyi açıqlamada xəbərdarlıq edib ki, cəmiyyətin bütün komponentləri qarantiyaya alınmalıdır.

Baş nazirlik üçün namizədlər müzakirəyə çıxarılıb

Təbii olaraq indidən baş nazirlik üçün bəzi şəxslərin adı çəkilir.

Şiə qrupları bu məqsədlə ilk toplantılarını keçiriblər. İstefadan sonra şiə partiyasının nümayəndələri Milli Hikmət Cərəyanının lideri Əmmar əl-Həkimin evində toplanıb. Toplantıda Fəth Koalisiyasından Hadi əl-Əmiri, Qanun Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki və bir çox şiə nümayəndəsi iştirak edib.

İddiaya görə, toplantıda Ali Təhsil Naziri Kusay əs-Süheyl, sabiq Nəcəf qubernatoru Adan Zürfi, şiə siyasətçi İzzət Şahbəndər, prezident məsləhətçisi Əli Şükrü, sabiq İdman və Gənclər naziri Əbdülhüseyin Əbtan və general Əbdülvahab Saadinin baş nazirlik üçün adları çəkilib.

Nümayişçilərin böyük bir hissəsi tərəfindən dəstəklənən Saadinin Bağdadda küçələrə çıxaraq xalqla söhbət etdiyi görüntülər sosial şəbəkələrdə paylaşılır. Lakin Tehranın ABŞ-a yaxın olmaqla ittiham etdiyi Saadiyə yaxşı münasibət bəsləmədiyi aşkardır.

Digər tərəfdən, parlamentdən 116 millət vəkili yeni baş nazirin “təkcə İraq vətəndaşlığına sahib olan, partiyası olmayan, nümayişçilər tərəfindən dəstəklənən və 2003-dən sonra heç bir siyasi vəzifəsi olmamış bir şəxs olması” barədəki bildirişin altına imza atıb və sözügedən imzalar Məclis Rəhbərliyi Divanına təslim edilib.

Kimlərsə baş nazir olmağa çalışarkən, İraq küçələrindəki qəzəb dalğası böyüyür. Bu mənzərə İraqın gələcəyi üçün böyük narahatlıq doğurur.

İran konsulluqları və Xameneinin afişalarının yandırılması hər şeyi izah edir”

Məsələni “Independent Türkçə”yə şərh edən İraq Parlamentinin sabiq üzvü Dr. Ömər Əbdülsəttar qeyd edir ki, baş nazirin istefası siyasi tərəflər arasında yeni bir çəkişməyə səbəb olacaq.

Əbdülsəttar düşünür ki, nümayişlərin davam etməsinin başlıca səbəblərindən biri xarici təsirlərdir.

İran çölə” şüarının hər şeyi izah etdiyini qeyd edən Əbdülsəttar deyib: “Nəcəf və Kərbəlada İran konsulluqları və Xameneinin afişalarının yandırılması hər şeyi izah edir. Bunun mənası odur ki, nümayişçilərin Əbdülmehdi ilə və ya hökümətlə bir problemi yoxdur. Onların problemi Qasım Süleymani kimi xarici faktorlardır. Nümayişlərin davam etməsinin səbəbi budur. Nümayişçilər nə İranın, nə də ABŞ-ın İraqda hegemoniya qurmasını istəmirlər”.

Gərginliyin böhrana, böhranın da partlayış dərəcəsinə gəldiyini etnik qruplar arasında silahlı toqquşmaların baş verməsindən narahat olduğunu deyən Əbdülsəttar bildirir ki, Əbdülmehdinin istefası bu ehtimalı azaldır.

Baş nazirin istefasının siyasi tərəflər arasında yeni bir toqquşmaya səbəb olacağını vurğulayan Əbdülsəttara düşünür ki, baş nazirlik seçkilərində əvvəlki kimi İranın təsiri olmayacaq.

Sairun Koalisiyasının lideri Müktəda əs-Sədr və Bədir Şəbəkəsinin lideri Hadi Əmirinin hökümət əleyhinə mövqeyi ilə yanaşı, bu koalsiyaların konstitutsiyaya zidd olduğunu qeyd edən Əbdülsəttar fikrinə belə davam edib:

“Bunlar konstitusiyaya qarşı çıxan hərəkətlərdir. Hazırki hökümət də onlar üçün konstitusional kimi qəbul edilmir. Sədrin İraq siyasətinə girməməsinin mənası budur: Görəsən, Sədrlə Bədir arasındakı ittifaq sona çatdı, yoxsa Sədr-Bədir kütləsindən daha böyük bir kütlənin yaranacağına işarə edir? Bəlkə də, içində şiə, sünni və digərlərinin də olduğu daha böyük bir kütlə yaradılacaq. Bəlkə də, bir baş nazir gətirəcəklər və bu dəfə hökümət, bəlkə də, 2018-dəkindən fərqli olaraq konstitusiyaya sadiq qalacaq”.

“Sədr nə höküməti, nə də nümayişçiləri tərk edir”

İraqlı jurnalist Ömər əl-Cənabi isə inanır ki, Əbdülmehdi höküməti nümayişçilərə qarşı olan şiddəti görməzdən gəlir və baş nazirin istefası da nümayişlərin təbii bir nəticəsidir.

Əl-Cənabi bildirir ki, 2003-dən bəri İraqın hegemoniyasını məhv edən və ölkəni qeyri-müəyyənliyə sürükləyən iqtidardakı sinifləşməni ortadan qaldırmaq üçün bu cür nümayişlər keçirilir: “İnsanlar cinayət, köç, yoxsulluq, xidmətlərin çatışmazlığı kimi şərtlərdən bezmiş vəziyyətdədir. Bu etirazlardan əvvəl 2011-ci ildə iraqlılar siyasi durumun düzəldilməsi üçün küçələrə axışıb və aksiyalar 1,5 ildən çox davam etmişdi. Lakin bu nümayişlər şiddətlə basdırılıb və güclü bir dəyişiklik təmin edilməyib”.

Cənabi iddia edir ki, Sədr hökümət əleyhinə olmaqda səmimi deyil və dinlə siyasəti də bir-birinə qarışdırır. Buna parlamentdə 54 yeri və hökümətdə ona verilən nazirlikləri əsas gətirən Cənabi deyir: “Sədr açıqlamaları ilə nümayişçilərə öz fikirlərini yeritməyə çalışır. Xüsusilə Bağdadın ortasındakı Təhrir meydanı başda olmaqla, sahədəki bəzi nümayişçilərin onun şüarlarını qaldırdığını və onun lehinə şüarlar səsləndirdiyini nəzərə alsaq, Sədrin siyasi hərəkata davam etmək istəyini görmək olar. Keçən illərdəki təcrübələr göstərir ki, Sədr nə nümayişçiləri, nə də gələcək höküməti tərk edir”.

“Silahlı tayfadan olan nümayişçilərlə milislər arasında toqquşma baş verə bilər”

Bəzi ölkələrin İran vasitəsilə illərdir İraqda hegemoniya qurmağa çalışdığını dilə gətirən əl-Cənabi İranın İraqdakı hərbi, siyasi və təhlükəsizlik nüfuzunu vurğulayıb.

İqtidardakı siyasi təbəqələşmənin hələ də ortadan qalxmadığını və Əbdülmühdinin yerinə gələcək şəxsin də buna uyğun seçilməsinin nümayişçiləri qızışdıracağını deyən əl-Cənabi fikrini belə tamamlayıb:

“Nümayişçilərə şiddətli müdaxilənin davam etməsindən və buna görə də, çoxu silahlı tayfadan olan nümayişçilərlə xarici dəstəkli milislər arasında toqquşma yaranmasından narahat olurlar. Bu toqquşma, təbii ki, İraqda “üçüncü tərəf” adlanan güclü oyunçuların marağına xidmət edəcək. İraqda, xüsusilə BMT Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq müdaxilə olmasa, “üçüncü tərəf” siyasətdən öz sinfinin maraqlarına uyğun istifadə etməyə davam edər və iqtidarda bu şəkildə qalsalar, İraqda təhlükəsizliyin təmin edilməsi çox çətin olar”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar