Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

E.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlandı - Foto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şabran arxeoloji ekspedisiyası” Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən I Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntı işləri zamanı Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkar edib.

İnstitutdan Yenicag.az-a verilən məlumata görə, qazıntı zamanı Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, sümükdən, daşdan hazırlanmış müxtəlif əmək alətləri, tuncdan hazırlanmış iki ədəd asma, gil təkər modeli, daşdan hazırlanmış tokin (mübadilə, hesablama və d. məqsədlər üçün istifadə edilən fiqur), bir ədəd zoomorf gil fiqur aşkar edilmişdir.

Bu mövsümdə aparılan qazıntılar zamanı üzə çıxarılmış tikili qalıqları öz xüsusiyyətlərinə görə əvvəlki illərdə aşkar edilmiş tikili qalıqlarından fərqlənirlər. Belə ki, təmizlənmiş qazma tipli evin daxilində 5 ədəd dirək yerinin, iki kərpic sütunun, həmçinin kərpic sütunların arxa tərəfində qapı olması güman edilən, lakin sonradan çiy kərpiclə hörülən girişin aşkarlanması böyük maraq kəsb edir. Sahənin şimal hissəsində 19 cərgə kərpiclə hörülmüş dairəvi evin üzə çıxarılmasını da böyük yenilik hesab etmək olar. Bunlardan əlavə ocaq yerləri, təsərrüfat quyuları da aşkar olunmuşdur. Qazıntı sahəsinin mərkəz hissəsinin təmizlənməsi nəticəsində çox böyük diametrli evin dirək yerlərinin tapılması maraqlı faktlardan biridir.

Aşkar edilən tikili qalıqları və maddi mədəniyyət nümunələri e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərinə aid edilir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - Rəsmi açıqlama

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı - Davtyan bölgəyə göndərildi

Cəhənnəmə xoş gəldin, Artsrun Ovannisyan! -  Video

loading...

Ən çox oxunanalar