Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP vətəndaşlara müraciət etdi

Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır.

PİA.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara bununla bağlı müraciət edib.

O bildirib ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatlıq doğurur:

"Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşurutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın.

Sərnişinlər də bu tələblərə ciddi riayət edərək öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, süni sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsusilə avtobus duracaqları zəbt edilməməlidir.”

V.Əsədov həmçinin tətbiq olunan komendant saatı ilə bağlı da müraciət edib:

"Sürücülər vaxtı elə tənzimləməlidir ki, saat 21:00-dək öz evlərində ola bilsinlər. Çünki bu hüquq-mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulması və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır. Bir daha sürücüləri verilən tövsiyələrə ciddi əməl etməyə çağırırıq. Bu gün ölkəmiz müharibə vəziyyətidir. Odur ki, hər şey cəbhə üçün, Vətən üçün əsas şüarımız olmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar