Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP: Torpaq yolla rayona getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən istifadə ediləcək

“Kimsə torpaq yolla rayona getmək istəyirsə, bir postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətlənliriləcək. Yəni rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə ediləcək”...

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, aprel və may aylarında bəzi vətəndaşlar çölə çıxır, yalnız polisi görəndə SMS icazə üçün mesaj göndəriblər: “Belə hallara yol verilməməlidir. Düzdür, mesaja cavab qısa müddətdə gəlir, ancaq mesaja cavab gecikən zaman və bu hal aşkarlananda vətəndaşlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.

K. Əliyev nəzərə çatdırıb ki, fəaliyyətinə icazə verilən sahələr üzrə təşkilatlar yalnız zəruri sayılan işçilərinin adlarını icaze.e-gov.az portalına daxil etməlidirlər: “Əgər hansısa işçi həftədə 1, 2 gün işləyirsə, onların adı portala daxil edilməlidir. Bəzi qurumlar bütün işçilərinin adını portala daxil edir”.

pia.az


Etiket: DYP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar