Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

DYP-nin “şortiklə mübarizəsi” cəmiyyətdə necə qarşılanır – Sorğu

“Polis kimisə evindən tumanda sürüyüb aparanda dəyərləri xatırlamır, amma imtahana kimsə şortikdə gələndə tez yadlarına düşür”

Bir neçə gün öncə Fərid Pərdəşünas adlı bir gənc sürücülük vəsiqəsi almaq üçün imtahana gedir. Amma polis əməkdaşı onu imtahan keçirilən binaya buraxmır. Səbəb isə Fərid Pərdəşünasın geyindiyi şortik olur. Polis əməkdaşı bildirir ki, kişilər şortik geyinərək imtahana gələ bilməzlər.

Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də açıqlama verib. O da deyib ki, sürücülük vəsiqəsi almaq üçün imtahana gələn qadınlar şortik geyinə bilər, kişilər isə şortik geyinə bilməzlər.

Hadisə və rəsmi açıqlama cəmiyyətdə heyrətlə qarşılanıb. Əksəriyyət baş verənlərə sarkazmla, bəzən isə qəzəblə reaksiya verib. AYNA da ictimaiyyətin sözügedən fakta münasibətini öyrənmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

Anar Akifoğlu: “Bu qərara münasibətim belədir ki, absurd qərarlar diyarında artıq heç nə adamı təəccübləndirmir”.

Təbriz Yusubov: “Polkovnikin sözündən belə çıxır ki, qadın ayağını bayıra qoya bilər, bu, onun hüququdur, həm də mentalitetə uyğundur. Amma kişinin şortik geyinmə hüququ yoxdur. Və mentalitetə uyğun deyil”.

Şəfiqə Fərzəliyeva: “Yaxşı oğlan şortik geyinməz”.

Elyar Həsənov: “Mən bunu əvvəla cinsi ayrıseçkilik hesab edirəm. İkincisi isə qadınlara ona görə icazə verirlər ki, yəqin baxıb zövq alırlar”.

Aqil Ələsgər: “Bu təbliğatdan yoxsul DYP-nin mühafizəkar dəyərlərdən növbəti manipulyasiyasıdır. Karantin dövründə özünü doğrultmayan, hamıya aşkar olan rayona gediş-gəlişi aşsüzən kimi işlədən Yol Polisi bu gün nə cənab Prezidentin, nə də cənab Vilayət Eyvazovun islahat çağırışına cavab verə bilir. Əksinə, bu kimi arxaik qayda-qanunlarla dividend əldə etmək istəyirlər. "Şortik"lə mübarizədənsə, DYP rüşvətə qarşı mübarizə aparsın, əgər apara bilirsə. Növbə satışından tutmuş bir çox hazırda DYP-nin gəlir yerinə çevrilən məqamlar dövlət rəhbərliyinin iradlarına, dəyişən qanunlara rəğmən, mövcudiyyətini qoruyur. Kamran Əliyev cavab versin ki, hansı əxlaqsızlıqdır: "Şortik" geymək, yoxsa "prava"nı rüşvətlə satmaq? Və ya karantin dövründə sürücülük vəsiqələrinin verilməsi üçün sürücülük məktəblərinin açıq olması lazımdır. Ölkədə təhsilin dayandığı bir vaxtda əgər kimlərsə sürücülük vəsiqəsi almaq üçün həmin sənədi DYP-yə təqdim edirlərsə, bunun özü ciddi qanun pozuntusudur. Hamı bilir ki, bu sənəd pulla satılır. İnsanları belə saxta sənədlərlə gələnlərə vəsiqə paylayaraq təhlükəyə atan DYP-nin etdiyi, "şortik" geyməkdən daha betər əxlaqsızlıq deyilmi?!”

Ruslan Haqverdiyev: “Əvvəla bu, hüququn pozulmasıdır. İnsaların geyim azadlığı var. Sonrası, mental dəyərlərdən bəhs edilirsə, qadına olar, kişiyə olmaz - heç bir mental dəyərə sığımır. Mental dəyərlərimizdə, qadının geyimi kişinin geyimindən açıq ola bilməz. Bu, sadəcə dərəbəylikdir. “Biz belə istəyirik” deməkdən başqa bir şey deyil. Polis kimisə evindən tumanda sürüyüb aparanda dəyərləri xatırlamır, amma imtahana kimsə şortikdə gələndə tez yadlarına düşür”.

Esmira Qasımova: “Görəsən, pandemiya dövründə yol polisinin süzgəcindən keçib qanunu pozaraq rayonlara gedənlərin arasında şortiklilər olub?”

Fərid Mirzəyev: “Necə olur, şortiklə maşın sürmək olar, imtahan vermək yox?! Məntiq hardadır?”

Anar Bayramoğlu: “DYP deyir ki, “Sürücülük vəsiqəsi üçün kişinin imtahana şortiklə getməsi mentalitetin pozulmasıdı”. Yəni, camaatın anası bacısı var... Sürücülük vəsiqəsini pulla satmaq nəyin pozuntusudur, bəs?”

Qadir İbrahimli: “Şortiklə bağlı ayrıca qanun qəbul edilməlidir, hər yerindən duran şortik geyinə bilməz, şortiki ancaq imkanlılar geyməlidirlər”.

Ramil İbrahimov: “Yatdığı yerdə kişini evdən aparırlar, qanunda olmasa da, sonra deputat çıxıb deyir ki, “niyə qapını qadın açmışdı, mentalitetimizə görə kişi açmalıdır”. Sürücülük vəsiqəsi üçün imtahana şortiklə gələn kişini buraxmırlar, sonra qurumun rəsmisi çıxıb deyir ki, qanunla hər hansı qadağa olmasa da, mentalitetimizə uyğun deyil. Çadır dövlətidir, elə bil. Adət-ənənə, mentalitetlə idarə olunur”. (ayna.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

loading...

Ən çox oxunanalar