Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP maşınlarının maketi yollara çıxarılır - reaksiyalar

Elməddin Muradlı: “Bildiyinizi danışın, bilmədiyinizi də öyrənin!”

Yol polisi Azərbaycanda yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücülərin qaydalara əməl etməsini təmin etmək məqsədilə bir çox dövlətlərdə geniş tətbiq olunan təcrübəyə müraciət etməyə hazırlaşır. Yollarda YPX avtomobillərinin maketləri quraşdırılmağa başlayıb. Maket kənardan baxanda Yol Patrul Xidməti avtomobilini xatırladır. Daşına bilən maketlərin tez-tez yeri dəyişdiriləcək.

Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini , polkovnik Xosrov Nəcəfov bildirib ki, yol polisi bununla bağlı Daxili İşlər Nazirliyinə təklif verib və təklif bəyənilərək həyata vəsiqə alıb.

“Nazirlik tərəfindən bu, qəbul olundu. Hazırda bir çox dövlətlərdə - Rusiya, Türkiyə bir çox ölkələrdə bu tətbiq olunur. Effekti də var. Sürücü nəqliyyat vasitəsini idarə edən zaman uzaqdan düşünür ki, YPX avtomobilidir əgər qaydaları pozursa tez özünü düzəldir. Kəmər taxmayıbsa taxır, sürətli sürürsə sürətini azaldır. Müəyyən müddətdən sonra bu maketlərin yerləri dəyişə bilər. Hətta onların üstündə xüsusi işıqlı mayakları da var. Gələcəkdə üzərinə radar quraşdırılacaq. Həmin maketlərə nəzarət olacaq. Kamera nəzarəti ilə yanaşı, YPX əməkdaşları da tez-tez onları yoxlayacaq. Odur ki, dövlət əmlakı olaraq ona ziyan vurularsa, şəxs məsuliyyət daşıyacaq.”

X.Nəcəfov bildirib ki, artıq 6 ədəd maket hazırdır və müxtəlif yerlərdə quraşdırılacaq. “Bu mobil maketlər Bakı-Şamaxı, Bakl-Quba, Bakı-Qazax və s. yollarda quraşdırılacaq. Əslində bu, sürücünün özü üçün faydalıdır. DYP-nin həyata keçirdiyi bütün tədbirlər yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçündür. Ola bilər ki, sürətlə hərəkət edən sürücü bunu görərkən sürətini azaldar və qarşıda törədə biləcəyi qəzadan da yan qaçar”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, sözügedən maketlər profilaktik tədbir məqsədilə quraşdırılıb: “Məqsəd də odur ki, sürücülər həmin maşınları görəndə, doğru zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər. Hazırda insanlar bir-birinə bu maketlərin yerini deməyə çalışır. Daha düşünmürlər ki, qarşı tərəfin həyatı üçün təhlükəli vəziyyət yaradırlar. İnsanları çaşdırır, inzibati məsuliyyətə cəlb olunmasına sövq edirlər. Ancaq bilməlidirlər ki, bu gün həmin ərazidə maket quraşdırılıbsa, 2 saat sonra onun yerinə həqiqi avtomobil yerləşdirilə bilər. Ona görə də kimsə yolda YPX maketi gördüyü təqdirdə tez onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır”. Şöbə rəisi sosial şəbəkələrdə maketlərdən birinin küləkdən aşdığı əks olunmuş fotoya da münasibət bildiriərək hadisənin Türkiyədə baş verdiyini vurğulayıb.

YPX avtomobilləri maketlərinin effektiv olmayacağı fikriləri də var. Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, belə fikriləri işlədənlər nəqliyyat təhlükəsizliyindən məlumatsız olanlardır: “Hamı tökülüşüb DYP avtomobillərinin maketini tənqid edir. Əslində, burada tənqid ediləsi bir tərəf varsa, o da bizim yola çıxmağa yaramayan, hər gün qayda pozan sürücülərimizdir. Qoy onlar utansın. Utansınlar ki, yol polisi şüurlu insana taxta parçası ilə nəsə demək istəyir, sürət həddini aşmağın qarşısını alacaq. Qoy onlar utansın ki, şüurlu insan özünü, ailəsini düşünmür, amma taxta parçasını görəndə qorxur. Çoxları deyir, Avropada bundan çoxdan istifadə ediblər, nəticəsi yoxdur. Hardan bilirsən yoxdur? Necə yoxdur ki, dünyada bu cür maketlərdən geniş istifadə olunur və fərqli formaları tətbiq edilir? Bildiyinizi danışın, bilmədiyinizi də öyrənin!”

Elməddin Muradlı YPX avtomobili maketlərinin əsas magistral yollarla yanaşı, böyük şəhər və kəndlərdə də quraşdırılmasının tərəfdarı olduğunu açıqlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar