Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin payızında Qarabağda gedən müharibə zamanı işğal edilmiş ərazilərimizə qeyri-leqal yollarla silah-sursat daşınmasını təşkil edən üç erməni milyarder biznesmeni beynəlxalq axtarışa verib...

Ağ partiya sədri: “Ara Abramyanın Azərbaycanla əlaqəsinin olması çox ciddi məsələdir. Əgər Ara Abramyanın Azərbaycanla əlaqəsi olubsa, indi də bu əlaqələr davam edirsə, bu qətiyyətlə araşdırılmalıdır və bu iş aşkara çıxarılmalıdır”. 

“Məsələ ictimaiyyətə ya təsdiq, ya da təkzib edilməlidir. Əsas məsələ odur ki, aidiyyəti dövlət qurumları Ara Abramyanın Azərbaycanla əlaqəsinə aydınlıq gətirməlidir”.

Bu sözləri Ağ partiya sədri Tural Abbaslı erməni biznesmeni Ara Abramyanın Azərbaycanın gömrüyü ilə əlaqələsinin olmasını və buna aidiyyəti orqanlarının susqunluğunun səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin payızında Qarabağda gedən müharibə zamanı işğal edilmiş ərazilərimizə qeyri-leqal yollarla silah-sursat daşınmasını təşkil edən üç erməni milyarder biznesmeni beynəlxalq axtarışa verib. Bunlar “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviçdir.

Bir neçə il əvvəl Ara Abramyanın Azərbaycan gömrüyü ilə əlaqəli olması və Azərbaycandan külli miqdarda pul qazanması ilə bağlı yerli mətbuatda bir sıra məlumatlar yayılıb və bu məlumatlar müharibədən sonra da Azərbaycan mətbuatında işıqlandırılıb.

Azərbaycan xalqına qarşı açıq düşmənşilik sərgiləyən Ara Abramyanın burdakı əlaltlarının bu günə qədər məsuliyyətə cəlb olunmamasını, ya da heç olmasa onlar haqda araşdırılma aparılmamsını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Ağ partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Bu şəbəkə olsa belə, ifşa edilməlidir. Həmçinin dövlətin düşmənlərinin yerlərdəki tərəfdaşları da neytrallaşdırılmalıd­ır”.

Araşdırma aparıb günahkarların üzə çıxarılmasının lazım olduğunu vurğulayan partiya sədri bildirib ki, bunun başqa yolu yoxdur. Bu məsələdə tək hüquq mühafizə orqanlarının yox, xüsusi xidmət orqanlarının və digər aidiyyəti qurumların da fəaliyyəti önəmlidir:

“Ara Abramyanın Azərbaycan gömrüyü ilə əlaqəli olması çox ciddi məsələdir. Əgər Ara Abramyanın Azərbaycanla əlaqəsi olubsa, indi də bu əlaqələr davam edirsə, bu qətiyyətlə araşdırılmalıdır və bu iş aşkara çıxarılmalıdır. Bu şəbəkə olsa belə, ifşa edilməlidir. Həmçinin dövlətin düşmənlərinin yerlərdəki tərəfdaşları da neytrallaşdırılmalıd­ır. Çünki biz sirr deyil ki, düşmən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyəti davam edir. Bu fəaliyyət də heç zaman dayanmayacaq.

Biz Vətən müharibəsində qalib gəlmişik. Amma bundan sonra sakit otursaq və düşmənin təxribatlarına qarşı heç bir işlər görməsək yenə də əvvəlki tarixi təkrarlaya bilərik. Guman edirəm ki, bundan sonra Ara Abramyanın Azərbaycanla əlaqəsinin olması məsələsini Azərbaycan hüquq mühafizə orqanları araşdıracaq. Çünki bu məsələ çox ciddidir və buna görə də məsələ ictimaiyyətə ya təsdiq, ya da təkzib edilməlidir. Əsas məsələ odur ki, aidiyyəti dövlət qurumları Ara Abramyanın Azərbaycanla əlaqəsinə aydınlıq gətirməlidir.

Əgər həqiqətən də belədirsə, bu zaman araşdırma aparıb günahkarlar üzə çıxarılmalıdır. Bunun başqa yolu yoxdur. Bu məsələdə tək hüquq mühafizə orqanlarının yox, xüsusi xidmət orqanlarının və digər aidiyyəti qurumların da fəaliyyəti önəmlidir. Əminəm ki, bu məsələ kifayət qədər ictimailəşsə, aidiyyəti qurumlar bu məsələ ilə bağlı hər hansı addımlar atacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar