Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duqin: Liviyada türk-rus ortaqlığı mütləqdir

Rusiyanın xarici siyasətinə yön verən şəxslərdən biri olan Aleksandr Duqin Qərbin Şərqi Aralıq dənizində Türkiyənin maraqlarını heçə saydığını vurğulayıb...

“Aydınlık” qəzeti, Türkiyə, 24 dekabr 2019-cu il

Duqin: “Ankaranın Kremlə özünün Mavi Vətən strategiyasından bəhs etməsi olduqca önəmlidir”.

Rusiyanın xarici siyasətinə yön verən adamlardan biri olan Aleksandr Duqin Rusiya ilə Türkiyənin Liviyadakı ortalığının çox önəmli bir zəmin yaratdığını bildirib. Dugin: “Bu, hər şeydən əvvəl Suriyadakı ortalığın yaratdığı təcrübədir və eyni zamanda, Şərqi Aralıq dənizindəki rus və türk maraqlarının qorunması üçün bir düşüncə ortaqlığıdır”.

Liviyaya əsgər göndərmək ehtimalı olduğunu deyən prezident Ərdoğan Liviyadakı prosesləri müzakirə etmək üçün Moskvaya bir heyət göndərib və yanvar ayının ilk günlərində də Türkiyə və Rusiya prezidentləri arasında bir görüş keçirməyi planlaşdırır.

PİA.az Türkiyənin “Aydınlık” qəzetinin Aleksandr Duqindən rus-türk münasibətləri çərçivəsində Liviya böhranı barədə aldığı müsahibəni təqdim edir.

Suriyada da ortaqlıq əldə edilmədi”

- Türkiyə və Rusiya Əsədə qarşı fərqli mövqelərdə dursa da və buna rəğmən Suriyada uğurlu bir ortaqlıq qurmuş olsa belə, niyə Liviya məsələsində eyni mövqedən çıxış etmirlər?

- Xatırlayırsınızsa, Moskva və Ankara arasındakı uğurlu ortaqlıq dərhal yaranmamışdı. Əvvəlcə Türkiyə başqa bir strategiyaya sahib idi və radikal Əsəd müxalifətinə daha yaxın idi. Rusiya isə aktiv şəkildə toqquşmaya daxil olmaq istəmirdi.

Lakin proses daxilində hər şey dəyişdi və Rusiya ilə Türkiyə arasında yaxınlıq yarandı. Bu yaxınlıq hər şeydən əvvəl Qərb qüvvələrinə, Səudiyyənin nəzdində Amerikanın gücünə sığınan radikallara, kürd terror qruplarına (PKK və YPG) və Suriyanı vətəndaş müharibəsi ilə parçalamaq istəyənlərə fürsət verməmək üçün quruldu.

Bu prosesdə Rusiya Qərbin Böyük Yaxın Şərq Layihəsi (BYŞL) çərçivəsində ərəb ölkələrinin parçalanmasına mane olmaq və Aralıq dənizində möhkəmlənmək üçün hərəkətə keçib. Türkiyə isə BYŞL-in parçası olan “böyük Kürdüstan”ın qurulması ehtimalına görə narahat olub. Beləliklə, Rusiya və Türkiyənin maraqları birləşib və ortaq hərəkət mexanizmi hər iki ölkənin də maraqlarını qorumağa başlayıb.

“Hər iki ölkə də Liviyada sülh əldə edilməsini istəyir”

Türk-rus ortaqlığı yavaş-yavaş möhkəmlənib və strateji bir xarakterə çevrilib. Liviya isə bu gün bu ortaqlığın gücünü ölçən bir imtahandır. Rusiya Liviyada Həftar qüvvələrini dəstəkləyir, Türkiyə isə Sərracı və Ərdoğanla yaxın münasibətləri olan ənənəvi Müsəlman Qardaşlara bağlı olan qruplara dəstək verir.

Lakin əsas məsələ odur ki, Rusiya və Türkiyə Liviyada sülh istəyir, lakin eyni zamanda, Qərb qüvvələrinin zəfər qazanmağını istəmir. Bütün liviyalılar ABŞ və AB ölkələrinin kəskin müdaxiləsinin ölkələrinə necə zərbə vurduğunu bilirlər. Buna görə də, Rusiya və Türkiyənin Liviyanın ortaqlığı üçün konkret bir əsas var. Bu, hər şeydən əvvəl Suriyadakı ortaqlığın yaratdığı təcrübə və Şərqi Aralıq dənizində rus və türk maraqlarının qorunması ilə bağlıdır.

“Görüşlərə tezliklə başlanmalıdır”

Yeri gəlmişkən, Həftarın mövqeyini möhkəmləndirərkən Sərrac zəifləməyə davam edir. Nəzəri cəhətdən vəziyyətin radikal şəkildə Sərracın lehinə olması mümkün görünmür. Bununla da, Liviya məsələsində Türkiyənin mövqeyinin qorunması, Ərdoğanın və Türkiyənin hərbi-siyasi maraqlarını qoruyacaq bir çıxış yolu axtarılması və Moskva ilə Ankara arasında görüşlərin yürüdülməsi nəzərdə tutulub.

Qərb, təbii olaraq iki ölkənin Liviya məsələsindəki müxtəlif yanaşmalarından istifadə edərək türk-rus münasibətlərində gərginlik yaratmağa çalışır. Lakin əminəm ki, həm Putin, həm də Ərdoğanı buna imkan verməzlər.

“Türkiyənin Şərqi Aralıq dənizində güclənməyi Rusiyanın xeyrinədir”

Bu gün Türkiyə üçün ən əsas məsələ Ankara və Tripolitaniya arasında imzalanmış razılaşmanın qorunmasıdır. Bu razılaşma Mavi Vətən doktrinasının həyata keçirilməsinə beynəlxalq hüquqi zəmin yaradır. Həftarın qalib gəlməsi bu baxımdan Türkiyə u üçün olduqca risklidir.

Moskva da başa düşür ki, bu razılaşma Cem Gürdeniz tərəfindən formalaşdırılan türk strategiyasının önəmli bir hissəsidir. Türkiyə Şərqi Aralıq dənizində öz hegemoniyasını qorumaq və gücləndirmək istəyir. Türkiyə ABŞ-İsrail-Yunanıstan-Misir bucağının xeyrinə türk maraqlarını heçə saymaq istəyən Qərb ölkələrinin hərəkatları ilə kəskin şəkildə üz-üzə qalıb. Rusiya üçün türk hegemoniyasının Şərqi Aralıq dənizində güclənməsi müsbət haldır və Moskvanın da xeyrinədir. Lakin təbii olaraq bu, Moskvanın ən vacib hədəfi ola bilməz.

“Razılaşmanın vacibliyini başa düşürük”

Liviyadakı daxili toqquşmalardan kənarda Türkiyə-Liviya ortaqlığı üzərində işlənilir və Türkiyənin strateji maraqları təmin edilir. Belə bir vəziyyətdə bu ortaqlıq daha ciddi bir təmələ sahib olur və bunun üçün Rusiyanın ağırlığı qiymətləndirilir.

Ardınca da növbə Şimali Afrikada çox qütblü dünya strategiyasındadır. Həmçinin, Çinin bölgədə böyüyən rolunu da vurğulamaq lazımdır. Çinin də bölgədəki çox qütblülüyün inşasında iştirak etməsi önəmlidir.

Bu baxımdan Ankaranın tək tərəfli addımlar atması onu prosesdən uzaqlaşdıra bilər. Bu, Türkiyənin İslam dünyasındakı liderliyi üçün də təhlükəlidir. Rusiyanın dini baxımından heç vaxt belə bir iddiası ola bilməz. Amma Türkiyənin sünni ölkələri arasında çox sayda rəqibi var. Ən əsası da Misir və Səudiyyə Ərəbistanını qeyd etmək lazımdır. Bu baxımdan Ərdoğan üçün Rusiya kimi müttəfiqə sahib olmaq liderlik üçün çox önəmlidir. Rusiyanın da eyni şəkildə Türkiyəyə çox ehtiyacı var.

Rusiya vəziyyətdən istifadə etməyə çalışır”

Bəs Rusiya belə bir vəziyyətdə Liviya problemində niyə Vaşinqtonun, Səudiyyənin və fransızların tərəfini saxlayır?

Vəziyyət tam olaraq belə deyil. Qərb Liviyada kimi dəstəkləməli olduğunu tam olaraq bilmir. Çünki oradakı bütün qüvvələr Qərbə qarşı çıxır. Bir tərəfdən də ABŞAvropa son ana qədər sırf Sərracı dəstəyib. Lakin Türkiyə ilə çox yaxınlıq qurduqda və Türkiyə də Qərbdən çox uzaqlaşdıqda Sərracdan imtina etdilər.

Digər tərəfdən isə Həftarın uğurlarını gördükdə Qərb (əvvəlcə Fransa), İsrail və Misir kimi Qərbi dəstəkləyən qüvvələr onun üzərində oyun oynamağa başlayıb. Rusiyanın yanaşması tamamilə fayda əldə etmək üzərində formalaşıb. Liviya ənənəvi olaraq Rusiya ilə dostluq edən bir ölkə idi. Rusiyanın avtoritarlığı bütün Ərəb dünyasında yüksəlir. Buna görə də, Moskvaya bu gün Həftar, Sərrac və digər kiçik qüvvələr də müraciət edir. Rusiya bu prinsiplərə sadiqdir: Sülh, nizamın qurulması və terrorla mübarizə. Yəni bu yöndə çalışan hər kəsi dəstəkləməyə hazırdır.

Lakin Rusiya və Türkiyə sülh yaratmaq üçün Liviya məsələsində birlikdə hərəkət etsə, təsirlərini artıra bilərlər.

Qərbin isə belə bir perspektivi yoxdur. Vaşinqton və Paris fəal bir şəkildə Liviyada qanlı hadisələr baş verməsinə yol açdılar. Artıq onlara heç kim güvənmir.

Rusiya ilə razılaşıb əsgər göndərilsin”

Ərdoğan Liviyaya əsgər göndərmək ehtimalından danışır. Bu vəziyyətə necə yanaşmaq olar?

Birincisi Türkiyə hegemon bir dövlətdir və istədiyi kimi hərəkət edir. Bunun türk-rus münasibətlərinə mane olacağını düşünmürəm. Amma yaxşı olacağı da məlumdur.

Əgər Suriyada olduğu kimi Türkiyə Rusiya ilə bəzi bölgələrə görə (xüsusilə də Misrata ərazisi) və bu ərazinin məsuliyyətini dərk etsə, vəziyyət başqa cür ola bilər. Türkiyə Sərrac və bəzi digər siyasi qüvvələr üçün konkret bir qarantiya ola bilər. Moskva üçün vacib olan məsələ sülh, nizam və bölgədə terror təhdidinin əngəllənməsidir. Əgər Ərdoğan Ankaranın Liviyadan tam olaraq nə istədiyini konkret şəkildə izah etsə, nəzərə alınacaq.

Lakin əgər Türkiyə ordusu Həftarın tərəfində olan rus qüvvələrinə işarə edərək birbaşa Rusiyaya qarşı göndərilsə, bu dəfə Putin bunu müsbət şəkildə qarşılamayacaq.

Həmçinin, Rusiya Liviyada hər şeydən əvvəl liviyalıları təmin edəcək və həmçinin, Türkiyənin maraqlarına cavab verəcək plan üzərində işləməlidir. Bu nöqtədə yenə Mavi Vətən konsepsiyası ilə və Türkiyə-Liviya razılaşmasını görürük. İndik vəziyyətdə türk ordusunun Liviyaya göndərilməsi Aralıq dənizində türk-rus ortaqlığını zəiflədər.

“Türk-rus gərginliyi istənilən halda əngəllənməlidir”

Son illərdə türk-rus gərginliyinin hər iki ölkəyə də mənfi şəkildə təsir etdiyini gördük. Bu cür cəbhələşmədən uzaqlaşmaq imkanı varsa, bunu etmək üçün hər yol axtarılmalıdır.

Digər tərəfdən hərbi bir qüvvənin Liviyaya göndərilməsi təkcə Türkiyənin hərbi itkilərinə yol açmaz, həm də silahlı toqquşmanın bitməsini də gecikdirər. Bu, sülh istəməyən qüvvələrin xeyrinədir və alçaq planları üçün onlara yeni bir şans yaradır.

“Ankara detallara diqqət yetirir”

Moskvanın Ankaraya Liviya məsələsində bir təklifi varmı? Kreml bu məsələdə nə düşünür?

Bu məsələdə hər şey dəqiqləşməyib. Rusiya prosesin məntiqinə uyğun davranmağa çalışır və daha çox Liviya tərəfinin tələbələrinə cavab verir. Tam olaraq özünəməxsus bir strateji baxış bucağına sahib deyil. Moskva bəzən bu prosesi etnik, siyasi, dini ayrı-seçkilikləri nəzərə almadan təhlil edir. Bölgə Türkiyə sərhədlərindən uzaqdadır, lakin Ankara əksinə, detallara çox fikir verir.

Ərdoğanın üstündə Ərəb dünyasının müxtəlif dini qrupları ilə çox köklü münasibətlərin yükü var. Bundan qaçmağın ən yaxşı yolu Aralıq dənizində türk-rus strategiyasını təkmilləşdirməkdir: Moskva dini faktorları daha konkret şəkildə anlamağa başlayacaq, Ankara isə daha əvvəldən davam edən və bu gün artıq milli maraqların ortaya çıxması ilə aktuallığını itirmiş yerli baxış bucağından uzaqlaşacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar