Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyaya nümunə olan ASAN Azərbaycan modeli

Səbuhi Məmmədli yazır...

“Mən Azərbaycanı sevirəm. Bakıya vurulmuşam. Sizin şəhərdə ilk dəfə 4 il əvvəl olmuşdum. Mənə “ASAN xidmət” barədə danışdılar. Ora apardılar. Heyrətə gəlmişdim. Bu, möcüzə idi. İnsanlar heç bir bürokratik əngəllər olmadan 10 dəqiqənin içində problemlərini həll edirdilər. Onda özümə söz verdim: mən şəhərimdə bunu quracam”.

Svetlana Openışeva deyir bunları, Rusiyanın Ulyanovsk vilayəti hökumətində Çoxfunksiyalı Xidmət Mərkəzinin baş direktoru. Dünyaya nümunə olan “ASAN xidmət” modelini indi Ulyanovskda tətbiq etmək istəyir. Hə, necə deyərlər, üzümüz-gözümüz öyrəşdiyi, indi bizim üçün adiləşən “ASAN xidmət”i. O “Asan xidmət ki, prezident İlham Əliyev onu “inqilab” adlandırmışdı. Prezidentdən sitat: “ASAN xidmət” Azərbaycan məhsuludur. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır”.

Xanım Openışeva ilə sosial şəbəkədə tanış olmuşdum. Düzü, “ASAN xidmət” kimi, özü demişkən möcüzəni öz vilayətində təbiq etmək arzusu bu sətirləin müəlifini çox qürurlandırmışdı.

Amma rusiyalı məmur xanımdan çox əvvəl dünyanın ən ali qurumu “Asan xidmət”lə bağlı önəmli araşdırma aparmışdı.

Söhbət BMT-dən gedir. Hə, 2017-ci ildə BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanmışdı. Araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilirdi.

“ASAN xidmət” BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanındı və dünyanın bir çox ölkələri tərəfindən ətraflı öyrənildi, tətbiq edildi.

Elə Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında bir sıra məslələrə toxundu ki, onlardan da biri “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verməsi barədə vurğuladğı məqamlar idi.

Prezident bildirdi ki, artıq ölkədə ASAN xidmət mərkəzlərinin sayı 19-a çatıb və daha 8 mərkəzin tikintisi davam edir. Prezident qeyd etdi ki, bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Sitat: “Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik».

Prezident haqlıdır: Azərbaycan insanına məhz rahat və şəffaf xidmət. “ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.

Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər.

Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır.

Heç kimə sirr deyil ki, “ASAN Xidmət” cənab Prezidentin təşəbbüsü ilə yaradılan layihədir. Prezident daim “ASAN Xidmət”in təkmilləşdirilməsi və fəaliyyətini genişləndirməsinə xüsusi diqqət ayırır. Artıq bölgələrimizin çoxunda – son olaraq Ağcabədidə vətəndaşlarımız “ASAN Xidmət”dən istifadə etməyə başlayıblar.

Təsadüfi deyil ki, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verib. Cənab Prezidentin də vurğuladığı kimi, bu innovasiyaları məhz gənclər təqdim edir. Bu, o deməkdir ki, Azərbaycan gənci yüksək intellektə malikdir. “ASAN xidmət” mərkəzlərində əsas işçi personalı da gənclərdən ibarətdir.

Elə Azərbaycanda könüllülər hərəkatı da “ASAN xidmət”dən başlayıb və bu gün böyük bir hərəkata çevrilib. Könüllülər sabahın rəhbərləri kimi formalaşacaq və gələcək karyeralarında uğur qazanacaqlar.

Prezident Ağcabədidəki çıxışında onu da bildirdi ki, “ASAN xidmət”in timsalında “bizim müasir yanaşmamız görünür”. Sitat: “Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür”.

Və heç kimə sirr deyil bu uğurun banisi isə məhz dövlətimizin başçısın özüdür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar