Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünyaya Azərbaycan nümunəsi: Bu, bir uğur hekayəsidir və onun banisi var  

Səbuhi Məmmədli yazır...

Az qaldı. Artıq bu gündən karantin rejimi, necə deyərlər yumşaldı. Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə COVID-19 ilə əlaqəli risklərin qiymətləndirilməsi və təhlili nəticəsində Azərbaycan pandemiya bəlasının fəsadlarından minimal itkilərlə çıxmaqdadır.
Virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlərin dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunəyə çevrilməsi sirr deyil. Bu yazını məqsədi də elə budur.

Amma əvvəlcə bir məqama diqqət edək.
Söhbət Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərovun Azərbaycan Televiziyasına verdiyi açıqlamadan gedir. Sitat: “Belçikada vəziyyət gərgin olaraq qalır. Əhalinin say nisbətinə görə, ölənlərin sayında Belçika dünyada birinci yerdədir”.

Hə, dünyanın inkişaf etmiş dövlətlərindən olan Belçikada durum doğrudan da faciəvidir. Və biz Belçikanı da nahaq yada salmadıq təbii. Söhbət ondan gedir ki, əhalisi təxminən Azərbaycanınkı qədər olan bu ölkədə 45 minə yaxın yoluxma faktı qeydə alınıb, 6700-dən çox insan isə dünyasını dəyişib.

Elə əhali sayına görə yanaşsaq Avropanın Azərbaycan qədər əhalisi olan əksər dövlətlərində vəziyyət bizdən qat-qat pisdir.
Məsələn, Portuqaliya. Bu ölkədə – aprelin 25-ə olan məlumata görə, - 23392 yoluxma halı olub, 880 nəfər vəfat edib.
Avropanın göbəyində yerləşən Çexiyada da durum Azərbaycandan fərqli pisdir. Yenə aprelin 25-ə olan məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı 7273, ölənlərin sayı isə 215 nəfərdir.

Qoca qitənin turizm məkanlarından sayılan Yunanıstanda vəziyyət yuxarıda adını çəkdiyimiz iki ölkəyə nisbətən qismən yaxşıdır. Hökumət üzvü Harri Teoxarisin bildirdiyinə görə, hazırda bu ölkədə virusa yoluxanların sayı iki min nəfəri keçib, ölənlərin sayı isə 120 nəfərdir.

Con Hopkins Universitetinin məlumatına görə, Macarıstanda 2300 yoluxma halı var, 239 nəfər ölüb.

“The Local” nəşrinin yazdığına görə, İsveçdə ölənlərin sayı 2021 nəfərdir. Koronavirusa yoluxanların sayı 17 minə yaxınlaşır.
Aropanın ən inkişaf etmiş dövlətlərindən olan Avstriyada isə vəziyyət belədir: 15 225 yoluxma, 542 ölüm halı.

Hə, yuxarıda göstərdiyiklərmiz əhalisi təxminən Azərbaycan boyda olan ölkələrdə koronavirusla bağlı faktlardır. Siyahını uzatmaq da olardı bəlkə. Amma nə ehtiyac. Hər şey göz önündə. Elə bu rəqmlərə diqqət yetirin bəsdir: Azərbaycan - 1 645 yoluxan, 21 ölən, 1 139 sağalan

Hə, etiraf edək ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Azərbaycan isə bu mübarizənin önündədir. Və Azərbaycan özü bir nümunədir. Pandemiya bitəcək, dünya əvvəlki durumuna qayıdacaq. Neçə-neçə araşdırmalar ediləcək, təhlillər aparılacaq. Və əminəm ki, bu araşdırma və təhlillərdə Azərbaycanın pandemiya qarşı mübarizəsi bir uğur hekayəsi kimi danışılacaq. Bu uğurun banisi kimi isə mütləq onun – Azərbaycan prezidentinin adı çəkiləcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Qətiyyət və xalqdan dəstək: “Biz bir yerdə güclüyük”

Dünyaya Azərbaycan nümunəsi: Bu, bir uğur hekayəsidir və onun banisi var  

Prezidentin verdiyi dəyər, atılan maskalar, topa ilk zərbə – Səbuhi Məmmədlidən təklif

Koronovirusla mübarizədə Azərbaycan təcrübəsi: Lider-Xalq birliyi, hər şey Azərbaycan insanı üçün...

loading...

Ən çox oxunanalar