Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ilk pilotsuz taksi servisi istifadəyə verildi

Google şirkəti daxilində bir layihə kimi başlamış, pilotsuz avtomobillərin hazırlanmasına 10 il vaxt sərf etmiş və daha sonradan onların il yarım ərzində testini aparmış Waymo şirkəti sonunda dünyanın ilk kommersiya məqsədli pilotsuz taksi servisini istifadəyə verir

Milli.Az Technote-a istinadən bildirir ki, şirkətin pilotsuz taksi servisi Waymo One adlanır. Bir neçə müddət bundan öncə şirkət söz vermişdi ki, özünün pilotsuz taksi servisini bu ilin sonuna kimi istifadəyə verəcək. Nəticədə şirkət öz sözünü tutdu.

Buna baxmayaraq dünyanın ilk pilotsuz taksi servisi hələki çox az sayda insanlar üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayından şirkət öz pilotsuz avotmobillərini könüllü sərnişinlər arasında test edirdi. Həmin test səyahətlərində insanlar pulsuz şəkildə taksi servisindən istifadə edir və bu xidmətin daha da təkmilləşdirilməsi üçün şirkətə öz tövsiyyələrini verirdilər. İndi isə həmin sərnişinlər şirkətin pilotsuz taksilərini ödənişli şəkildə sifariş edə bilərlər.

Waymo şirkətinin rəhbəri John Krafcik söz verib ki, müəyyən müddətdən sonra servis daha çox insana öz xidmətlərini təqdim edəcək. Bu, şirkətin daha çox avtomobil əldə edəcəyi vaxtda baş verəcək.

John Krafcik bunun nə zaman olacağı barəsində dəqiq bir məlumat verməyib. Hal hazırda şirkətin Chrysler Pacifica markalı pilotsuz taksiləri Arizona ştatının paytaxtı Feniks şəhərində və onun ətraf ərazilərində fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, taksilərin tamamilə avtomatlaşdırılmış sistemə sahib olmalarına baxmayaraq indiki mərhələdə avtomobillərin ön oturacağında hər ehtimala qarşı real sürücü oturur. O, ekstremal vəziyytdə idarəetməni öz üzərinə götürə bilər. Bununla yanaşı ştatın hakimiyyəti yaxın zamanda taksilərə sürücüsüz fəaliyyət göstərməyə icazə verməyi planlaşdırır.

pia.az


Etiket: Pilotsuz taksi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar