Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünyanın ən zəngin insanlarının reytinqi açıqlanıb

"Forbes" jurnalı ötən ilin yekunlarına görə dünyanın ən zəngin insanlarının siyahısını dərc edib...

"APA-Economics"in jurnala istinadən verdiyi məlumata görə, ardıcıl olaraq artıq 2 il siyahıya başçılıq edən "Amazon" şirkətinin rəhbəri Ceff Bezos bu dəfə də reytinqin ən yüksək pilləsində yer alıb. Onun sərvətinin 18 mlrd. dollar azalaraq 113 mlrd. dollara düşməsi Ceffin reytinqdəki yerinə təsir etməyib. Bununla yanaşı, o, sərvəti 100 mlrd. dollardan çox olan dünyanın yeganə insanıdır.

Siyahının ikinci yerində "Microsoft" korporasiyasının təsisçisi Bill Geyts qərarlaşıb. Onun sərvəti ötən il 1,5 mlrd. dollar artaraq 98 mlrd. dollara çatıb. Reytinqin ilk üçlüyünü sərvəti 76 mlrd. dollar təşkil edən "Louis Vuitton Moët Hennessy" qrupunun prezidenti Bernar Arno tamamlayır.

"Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri Uorren Baffet siyahının dördüncü yerinə layiq görülüb. Onun sərvəti il ərzində 15 mlrd. dollar azalaraq 67,5 mlrd. dollar təşkil edib. Reytinqin beşincisi isə "Oracle" şirkətinin təsisçisi Larri Ellison oub. Onun kapitalı 2019-cu ildə 3,5 mlrd. dollar azalaraq 59 mlrd. dollar olub.

Ümumiyyətlə, "Forbes"ın yeni reytinqində dünyanın 2 095 milyarderi qərarlaşıb ki, bu da əvvəlki reytinqə nisbətən azdır. Ötənilki siyahıda 2 153 milyarder yer almışdı. Reytinqdəki milyarderlərin ümumi sərvəti 8 trln. dollar təşkil edir, halbuki əvvəlki reytinqdə bu rəqəm 8,7 trln. dollara bərabər olub. Bununla belə, ötən il milyarderlər siyahısından 267 nəfərin adı çıxarılıb. Reytinqdəki 1 062 nəfərin isə sərvəti azalıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: "Forbes"


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

Yol polisinə yeni rəis müavini təyin edildi - DİN

loading...

Ən çox oxunanalar